Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Fitch": Neft qiymətləri 60 dollara 2019-cu ildə çatacaq

"Fitch": Neft qiymətləri 60 dollara 2019-cu ildə çatacaq

Date: 29 November 2016 17:47

Bakı. 29 noyabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi neft qiymətlərinin 2019-cu ilə qədər 60 dollar/barelə kimi artacağını ehtimal edir. "Report"un "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı Agentlik 2017-ci ildə neftin ucuzlaşmasının davam edəcəyini istisna etmir.
Agentliyin hesabatında həmçinin bildirilir ki, neft qiymətlərinin 65 dollar/barelə yüksəlməsi üçün isə uzun müddət tələb olunacaq. "Fitch" 2017-ci ildə neftin orta qiymətinin 45 dollar, 2018-ci ildə 55 dollar olacağını proqnozlaşdırır. 
Hesabatda 2017-ci ilin ilk yarısında neft bazarında tələblə təklifin tarazlanacağı qeyd olunub. Bununla yanaşı bildirilir ki, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının artan həcmi gələn il qiymətlərin aşağı düşməsinə səbəb ola bilər və yalnız bundan sonra qiymətlər arta bilər.


Tags:  Fitch Neft qiymətləri 60 dollara 2019-cu ildə çatacaq


RƏYLƏR


Top news