Fəzail Ağamalı: “Aqil Abbasın səviyyəsi çatmır ki, bizə dərs keçsin”

Fəzail Ağamalı: “Aqil Abbasın səviyyəsi çatmır ki, bizə dərs keçsin”
17:48 29 Noyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Fəzail Ağamalı deputat həmkarı Aqil Abbasa kəskin iradını bildirib.

Publika.az xəbər verir ki, F.Ağamalı deputat həmkarı Aqil Abbasın çıxışlarına cavab olaraq deyib:

“Aqil Abbasın səviyyəsi çatmır ki, bizə dərs keçsin. Hər dəfə də o hərəkətlərini, danışıqlarını bilməyən davranışlar nümayiş etdirir. Artıq o həddini aşıb. Xahiş edirəm, cənab Sədr, ona xəbərdarlıq edin”.

F.Ağamalı internet resurslarında ayrı-ayrı insanların şəxsiyyətinin alçaldıldığını da söyləyib:

“Bütün bunlara qarşı sərt tədbirlər görülməlidir. Millət vəkilləri heç nədən çəkinmir. Çünki onların fəaliyyəti şəffafdır. Millət vəkilləri ictimaiyyətə digər qurumlardan daha açıq şəxslərdir. Ona görə də tez-tez jurnalistlər bizə müraciət edib, açıqlama alırlar. Biz də jurnalistlərə hamının normal başa düşəcəyi formada cavab veririk. Bunu ayrı cür təqdim etməyə ehtiyac yoxdur”.

Millət vəkili Aqil Abbas bildirmişdi ki, sosial şəbəkələrdə ondan, Fəzail Ağamalıdan və Fazil Mustafadan çox söyülən deputat yoxdur:

“Bu şərhlərdə kim nə istəyirsə, yazır. Məni, həmkarlarımı təhqir edirlər. Bunun əsas səbəbi bizim demədiyimiz fikirlərin başqa cür təqdim edilməsidir. Bəzən biz müsahibə verən kimi təhqir olunuruq.

Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da... “Maaşım çoxdur” deyən deputatların maaşını azaldın da… Ay deputatlar, siz Allah bu jurnalistlərdən az qorxun. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var

Bütün bunlara son qoyulmalıdır, ciddi nəzarət olunmalıdır. Təhiqir və böhtana yol verən saxta profillər belə araşdırılıb cəzalandırılmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR