Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ-da iqtisadi artım proqnozu üstələyib

ABŞ-da iqtisadi artım proqnozu üstələyib

Ötən ildə dünya ticarətinin artım tempi son 8 ilin minimal səviyyəsində olub (22 Fevral 2017 19:52)

Tarix: 29 Noyabr 2016 18:02

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu ilin III rübündə ABŞ-da iqtisadi artım tempi 3,2% təşkil edib. "Report"un "İnvesting.ru" saytına istinadən verdiyi xəbərə görə, analitiklər III rübdə ÜDM-in 3% artacağını proqnozlaşdırırdılar. 
Göstəricinin proqnozu 0,2 faiz bəndi üstələməsi dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olub. Belə ki, maliyyə bazarları artıq tam şəkildə dekabr iclasında Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artıracağına əmindirlər. Əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 0,4% azalaraq 1,0570 səviyyəsinə kimi geriləyib. 
"Report"un analitik qrupu qısa müddət ərzində dolların avro ilə müqayisədə 1,04 USD/EUR səviyyəsinə qədər möhkəmlənəcəyini ehtimal edir.

Teqlər:  ABŞ-da iqtisadi artım proqnozu üstələyib



RƏYLƏR


Top xəbərlər