Spikerdən Hadı Rəcəbliyə müsahibə XƏBƏRDARIĞI

Spikerdən Hadı Rəcəbliyə müsahibə XƏBƏRDARIĞI
18:05 29 Noyabr 2016
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bugünki iclasında spiker Oqtay Əsədov parlamentin komitə sədri Hadı Rəcəbliyə irad tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, spiker deputatı müsahibə verərkən diqqətli seçim etməyə çağırıb:

"Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, bax gör hansı adamlara müsahibə verirsən. Bu nə xəstəlikdir, bir çoxlarımız müsahibə vermək üçün "sino" gedirlər. Müsahibə verdiyiniz saytlara da baxın ki, sizin sözünüzü bir yox, bir neçə dəfə təhrif edib verə bilərlər".

Qeyd edək ki, parlamentin komitə sədri Hadı Rəcəbli mətbuata verdiyi son müsahibələr ölkədə ciddi rezonansa və etirazlara səbəb olub. Deputat müsahibələrinin birində "Müəllim dolana bilmirsə, işdən sonra fəhləlik eləsin", digərində isə "Şəhid ailələri, Qarabağ əlillərinə dövlət nəyə görə dərman pulu verməlidir?" deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR