Yaşar Yusubun təqdimatına kimlər gəldi? - fotolar

Yaşar Yusubun təqdimatına kimlər gəldi? -  fotolar
18:06 29 Noyabr 2016
107 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Yaşar Yusub media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Adı gizli qalsın” adlı mahnısına çəkdirdiyi ekran işini və eyniadlı albomunu təqdim edib. Mahnının sözləri aparıcı Cavid Gülə, musiqisi ifaçının özünə məxsusudr. Qəbələdə lentə alınan ekran işinin rejissorluğu Kamal Həsənova həvalə olunub.

Y.Yusub bildirib ki, mahnını bu günə kimi heç yerdə səsləndirməyib:

“İlk dəfə təqdimata gələn qonaqlar eşidir. Bu mənim sayca ikinci albomumdur. Burada 13 mahnım yer alıb. Yeni işlərimin ərsəyə gəlməsində mənə dəstək olan dostum Cavid Gülə təşəkkür edirəm”.

Y.Yusubun təqdimat mərasiminə qatılanlar arasında müğənnilər Emil Bədəlov, Hacı Nazim Məmmədov, Nicat Rəhimov, aparıcı Şəhriyar Əbilov və başqaları yer alıb.

Foto: Ramin ASLANOV














Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR