Tarif Şurası: "Qiymətlərin diferensiasiyası əhalinin və istehsalçıların maraqlarını müdafiə edəcək"

Tarif Şurası: "Qiymətlərin diferensiasiyası əhalinin və istehsalçıların maraqlarını müdafiə edəcək"
18:22 29 Noyabr 2016
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Təbii qaz və elektrik enerjisi tariflərinin diferensiasiyası həm əhalinin, həm də istehsalçıların maraqlarını qorumağa yardım edəcək.

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə Azərbaycan Tarif (qiymət) Şurasının ikinci katibi İlkin Məcidov deyib.

Onun sözlərinə görə, Azərbaycanda siyasətin sosial yönümlü olması səbəbi ilə tarif siyasəti kifayət qədər mühafizəkardır. Yəni qurumun prioriteti tariflərin minimal səviyyədə saxlanmasıdır: "Ona görə otpimal qiymətlərin tətbiq olunması zərurəti yaranır. Təbii ki, istehsalçılar yüksək tariflərin, əhali isə aşağı tariflərin tətbiq olunmasının tərəfdarıdır. Amma biz bu və ya digər kateqoriyanın arzusuna uyğun tarif tətbiq edə bilmərik. Bizim məqsədimiz ən optimal tarifi tətbiq etməkdir."

Tarif Şurasının katibi qeyd edib ki, qaz tariflərinə yenidən baxılması qaçılmaz idi: "Məlumdur ki, əhali qrupundan olan istehlakçılar üçün təbii qaz tarifləri sonuncu dəfə 2009-cu ildə, digər qrup istehlakçılar üçün isə 2007-ci ildə nəzərdən keçirilmişdi. O zaman tarif 1000 kubmetr qaz üçün 100 manat həcmində müəyyən olunmuşdu. Ötən dövr ərzində istehsalçılar xərclərdəki dəyişikliklər səbəbi ilə tariflərə yenidən baxılması üçün dəfələrlə bizə müraciət edib. Bu gün SOCAR təbii qazı bir neçə mənbədən əldə edir və "Azəriqaz" İB-nin yardımı ilə ölkə üzrə paylayır. Buraya SOCAR-ın neft və qaz hasilatı müəssisələri tərəfindən hasil olunan təbii qaz, "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan qaz və "Şahdəniz" yatağından əldə olunan təbii qaz daxildir. "Şahdəniz" yatağından hasil olunan təbii qazın qiyməti dollar müqavilələrinə əsasən təyin olunur. Bundan başqa, maya dəyərinin formalaşmasına nəqliyyat xərcləri də təsir göstərir".

Onun sözlərinə görə, aparılan təhlil nəticəsində müəyyən olunub ki, Azərbaycanda istehlak olunan qazın 50 faizə yaxını elektrik enerjisinin istehsalı məqsədilə "Azərenerji"nin payına düşür.

İ.Məcidov deyib: ""Azərenerji" tərəfindən qazın bu qədər istehlak olunması elektrik enerjisi qiymətlərinin artmasını qaçılmaz edə bilərdi. Ona görə Tarif Şurası, ilk növbədə, "Azərenerji"yə satılan qazın tariflərini maksimal aşağı səviyyədə saxlamaq qərarını qəbul etdi. Təkrar nəzərdən keçirilənədək bu tarif 1000 kubmetr üçün 80 manat səviyyəsində idi, bundan sonra isə 1000 kubmetr üçün 120 manat təyin edildi".

Onun sözlərinə görə, əhalinin xərclərini nəzərə almaq lazım idi. Bu, əsas prioritetlərdən biridir: "Bizim tədqiqatlarımıza əsasən, əhalinin 62 faizi ildə 1500 kubmetrdən az qaz istehlak edir. Eyni zamanda əhalinin 72 faizi ayda 250 kilovatt/saat-dan çox elektrik enerjisi istehlak etmir. Ona görə, Tarif Şurası həm əhalinin böyük hissəsinin, həm də istehsalçıların maraqlarını qorumaq üçün tarifləri istehlak həcminə uyğun olaraq diferensiallaşdırmağı qərara aldı. Digər üsullarda diferensiallaşdırma qaçılmaz xərclərə səbəb ola bilərdi".

Eyni zamanda İ.Məcidov qeyd edib ki, israfçılığın qarşısının alınması, qazın və elektrik enerjisinin daha qənaətli istifadəsi tarif artımının təsir etməyəcəyi əhali kateqoriyasını genişləndirəcək: "İstehlak səbətinə əsasən, Azərbaycanda adambaşına düşən qaz istehlakının orta aylıq həcmi 21 kubmetr təşkil edir. Nəzərə alsaq ki, ortalama azərbaycanlı ailəsi 4,7 nəfərdən ibarətdir, illik hesablamada bir ailə üçün orta illik qaz istehlakının həcmi 1200 kubmetrə bərabər olur. Elektrik enerjisinin adam başına düşən orta aylıq həcmi 50 kilovatt, ailə üçün isə 235 kilovatt təşkil edir. Eyni zamanda qaz və elektrik enerjisinin qənaətlə istehlakı tarif artımının şamil olunmayacağı əhali kateqoriyasını genişləndirə bilər. Hesab edirəm ki, tariflərin diferensiallaşdırılması qaz və elektrik enerjisinin istehlakında israfçılığı azaldacaq".

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DİM iyulun 27-də keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb

28 İyul 2017 13:07

"Qarabağ"ın futbolçusu ailəsi ilə istirahətdə - FOTO

28 İyul 2017 13:07

Bakıda supermarket rəhbərliyi oğrunu döyüb ət soyuducusuna saldı - ŞOK İDDİA

28 İyul 2017 13:05

Polis arvadını öldürdü: özü də azyaşlı uşağının gözü qarşısında İNTİHAR ETDİ - VİDEO - FOTO

28 İyul 2017 13:05

Dəniz Sekidən sevənlərinə sürpriz

28 İyul 2017 13:05

Çoban itləri turisti dişlədi – AZƏRBAYCANDA

28 İyul 2017 13:04

Qanunsuz əməllər törədən MTN-in şöbə rəisinə 5 illik həbs tələbi

28 İyul 2017 13:03

Makkeyn Trampın istəyini rədd etdi: Prezident vədini yerinə yetirə bilmədi

28 İyul 2017 13:03

Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

28 İyul 2017 13:03

Pakistan Azərbaycana yeni hərbi attaşe təyin edib

28 İyul 2017 13:02

Pərvin Bodrumda dincəlir

28 İyul 2017 13:00

Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

28 İyul 2017 12:59

Ermənilər iş başında – Türkiyə-Almaniya gərginliyindən istifadə edirlər

28 İyul 2017 12:58

"Bakcell" Cocuq Mərcanlı sakinləri üçün pulsuz danışıq tarifi müəyyən edib

28 İyul 2017 12:57

Mövsümün 10-cu üzüntüsü

28 İyul 2017 12:57

Azərbaycanın xarici dövlət borcu artıb

28 İyul 2017 12:52

Bengü sevgilisini belə sakitləşdirdi - FOTOlar

28 İyul 2017 12:52

Prokuror keçmiş MTN polkovnikinə cəza istəyib

28 İyul 2017 12:52

Sabaha olan hava proqnozu

28 İyul 2017 12:50

Namaz qıldığı zaman çəkdirdiyi fotosunu paylaşdı: rəzil oldu - FOTO

28 İyul 2017 12:47

Gürcüstanda çayda köməksiz qalan azərbaycanlı turistlər xilas edildi

28 İyul 2017 12:47

Bank of Baku Nyu-Yorka 2 nəfərlik səyahət qazandırır!

28 İyul 2017 12:47

Sumqayıtda 11 avtomobildən oğurluq edən şəxs tutuldu

28 İyul 2017 12:47

"Krasnodar" klubunun futbolçusu Məhəmmədşəfi Süleymanov postsovet futbolu tarixinə düşüb

28 İyul 2017 12:47

BAKIDA MÜƏMMALI HADİSƏ - dilənçi qız yoxa çıxdı

28 İyul 2017 12:44

Kinematoqrafçılar İttifaqı bir qrup kino xadiminə pul mükafatları təqdim edib

28 İyul 2017 12:42

18 yaşlı gənc milyonları heyrətləndirir - VİDEO - FOTO

28 İyul 2017 12:42

Ali məktəblərə ixtisas seçimi başlayır

28 İyul 2017 12:42

Evə əxlaqsız qız gətirən qonşusunu öldürənə 10 İL 6 AY HƏBS TƏLƏBİ

28 İyul 2017 12:39

Kustar üsulla neft istehsal edib satışa çıxaranlar - MÖHTƏŞƏM FOTOLAR

28 İyul 2017 12:38

"Barselona" yetirməsi MLS klubunda

28 İyul 2017 12:37

“GoPro QuikStories” videonu avtomatik ötürəcək

28 İyul 2017 12:35

Murad Arif: "Hər yerdə dağ başındayam"

28 İyul 2017 12:32

Sabahın HAVAsı

28 İyul 2017 12:32

Bu il Hepatit B və C virusu aşkarlanan xəstələrin 33-ü çox ağır vəziyyətdə olub

28 İyul 2017 12:32

Bakıda avtomobildən xeyli pul oğurlanıb

28 İyul 2017 12:29

Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib

28 İyul 2017 12:28

Sabahın HAVASI: 42 dərəcə İSTİ OLACAQ

28 İyul 2017 12:28

Rus turist qadın intihar etmək üçün binanın damına çıxdı... - VİDEO - FOTO

28 İyul 2017 12:27

Havanın temperaturu qalxır - XƏBƏRDARLIQ

28 İyul 2017 12:24

Şəbnəm Tovuzlunun konsertində ŞOK ANLAR: pərəstişkarları müğənnini... - VİDEO

28 İyul 2017 12:23

Büdcənin gəlirləri ilə bağlı yarımillik proqnoz AÇIQLANDI

28 İyul 2017 12:22

Ferrari aldı, 1 saat sonra xurd-xəşil etdi - FOTO

28 İyul 2017 12:22

Sumqayıtda avtomobilləri talayan şəxs ələ keçdi

28 İyul 2017 12:19

7 idmançımız atıcılıq üzrə Avropa çempionatında mübarizəyə qoşuldu

28 İyul 2017 12:17

İsti hava şəraiti davam edəcək

28 İyul 2017 12:17

Məleykə Əsədova İtaliyada belə dincəlir

28 İyul 2017 12:17

Aspir yağının möcüzəsi

28 İyul 2017 12:14

Hitlerin 93 yaşlı tərcüməçisinin başına Kanadada OYUN AÇDILAR

28 İyul 2017 12:13

Broyler fabrikində baş vermiş partlayışla bağlı cinayət işi başladıldı

28 İyul 2017 12:12