Millinin baş məşqçisinin "Qarabağ" - "Qəbələ" oyununu izləməmə səbəbi müəyyənləşib

Millinin baş məşqçisinin "Qarabağ" - "Qəbələ" oyununu izləməmə səbəbi müəyyənləşib
18:42 29 Noyabr 2016
153 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Azərbaycan Premyer Liqasının XIII turunun mərkəzi görüşü olan "Qarabağ" - "Qəbələ" matçını izləməyəcək.
Bu barədə "Report"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin səhhətində problem olduğundan liderlərin görüşünü stadiondan izləməyəcək: "Prosineçkinin səhhətində problem yaranıb. Onun soyuqdəyməsi var və bu səbəbdən "Azərsun Arena"da olmayacaq".
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/millinin-bas-mesqcisinin-qarabag-qebele-oyununu-izlememe-sebebi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR