Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimali Dakota qubernatoru boru kəmərinin çəkilişinə etiraz edənlərin ərazidən çıxarılması ilə bağlı göstəriş verib

Şimali Dakota qubernatoru boru kəmərinin çəkilişinə etiraz edənlərin ərazidən çıxarılması ilə bağlı göstəriş verib

Date: 29 November 2016 19:07

Bakı.29 noyabr. REPORT.AZ/ ABŞ-ın Şimali Dakota ştatının qubernatoru Cek Darlimpl (Jack Dalrymple) neft kəməri marşrutu yaxınlığında, federal ərazidə məskunlaşmış minlərlə yerli amerikalının və ekoloji fəalların ərazidən çıxarılması ilə bağlı göstəriş verib.
“Report”un “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar ərazidəki qasırğanın sərtliyini və çətin hava şəraitini səbəb göstərərək burada məskunlaşıblar.
Əraziyə nəzarət edən ABŞ Quru Qoşunları Mühəndis Korpusu etirazçılar üçün dekabrın 5-ni paytaxt Bismarkdan 72 km cənubda yerləşən ərazini boşaltmaq üçün son gün olaraq müəyyən etməsindən sonra qubernator Cek Darlimpl (Jack Dalrymple) təcili təxliyyə əmri verib.
Ötən bazar ertəsi “Standing Rock” sədri Deyv Arşambo II (Dave Archambault II) Darlimplin göstərişinin qorxu yaratmaq üçün hədələyici hərəkət olduğunu bildirib və onu federal hakimiyyəti qanunsuz ələ keçirmə və saxtakarlığa cəhddə ittiham edib.
D.Arşambo bildirib ki, qubernatorun soyuq qış şəraitində qəsəbədə məskunlaşanları düşünərək verdiyini bildirdiyi təxliyyə qərarı polisin soyuq hava şəraitində aksiyaya su şırnağı ilə müdaxilə etməsindən bir həftə sonra qəbul olunub.
Qeyd edək ki, fəallar neçə aydır gölün dibindən, “Standing Rock Sioux” (Stendinq Rok Siu) rezervasiyasının yaxınlığında 3,8 milyardlıq “Dakota Access Pipeline tikintisinə etiraz edir və layihənin su ehtiyatlarına, eləcə də, yerli amerikalıların müqəddəs hesab etdikləri yerlərə təhlükə törətdiyini bildirirlər.
Qubernator ştatın və yerli orqanların ərazidə qalanlara təcili yardım və digər xidmətlərdən imtina etməsinə yönləndirməkdən başqa əmrin icrası yollarını göstərməyib. O bildirib ki, əmr səmərəli olub və qərarın ləğv olunmasınadək qüvvədə qalacaq.
“Standing Rock Sioux” sözçüsü Fillis Yanq (Phyllis Young) bazar ertəsi mətbuat konfransında bildirib ki, qəbilə etirazları dayandırmayacaq: "Əsrlərdir bu ərazidə yaşayırıq. Bura bizim qəsəbəmizdir. Bu ərazinin bizə qalması üçün mübarizəmizi davam etdirəcəyik. Bu, Lakota ərazisidir. Bura razılaşma ilə təmin olunmuş ərazidir və heç kəsin burada hüquqi üstünlüyü yoxdur."
Etirazın liderləri bildiriblər ki, məcburi evakuasiya fəallara yerlərində qalmaqdan daha təhlükəli ola bilər.
"Qışın ən soyuq dövrünü yaşayırıq. Məcburi evakuasiya ilə bağlı düşünmək belə dəhşətlidir" - Yerli Ətraf Mühit Modelinin təşkilatçısı Dallas Qoldtus (Dallas Goldtooth) bildirib. O, ərazidə 5000 insanın məskunlaşdığını deyib. 


Tags:  Şimali Dakota qubernatoru boru kəmərinin çəkilişinə etiraz edənlərin ərazidən çıxarılması bağlı göstəriş verib

RƏYLƏR


Top news