Təyyarə qəzasından sağ çıxan futbolçu xəstəxanada öldü

Təyyarə qəzasından sağ çıxan futbolçu xəstəxanada öldü
19:17 29 Noyabr 2016
357 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın “Şapekoense” klubunu Kolumbiyaya apararkən qəzaya uğrayan təyyarədə sağ qalan 5 nəfərdən daha biri vəfat edib. Fanat.Az xəbər verir ki, qapıçı Danilo Padilya xəstəxanada keçinib.
 
Qəzadan dərhal sonra xəstəxanaya yaralı vəziyyətdə çatdırılan 31 yaşlı qolkiper aldığı güclü zərbənin təsirindən keçinib. Libertadores Kubokunda “İndependyente” ilə qarşılaşmanın penaltilər seriyasındakı qurtarışları ilə qəhrəmanına çevrilən qolkiperin vəfatından sonra qəzadan sağ qurtulanların sayı 4-ə enib.
 
Qeyd edək ki, qəza zamanı təyyarədə olan 81 nəfərdən 77-si həlak olub.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tyyar-qzasndan-sa-cxan-futbolcu-xstxanada-oldu-t54557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR