Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lukaşenkonun səfəri, Kastronun ölümü, Avropanın Türkiyə xofu...

Lukaşenkonun səfəri, Kastronun ölümü, Avropanın Türkiyə xofu...

Date: 29 November 2016 19:24

APA TV-nin “Manşet” proqramında ötən həftə dünyada və Azərbaycanda baş verən hadisələr müzakirə olunub. Proqramın qonağı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.
 
- Belarus prezidenti altenativ bazarlar axtarır, ona görə Azərbaycanın qazı və nefti Belarus üçün maraqlı ola bilər. Bu səfərin əhəmiyyəti böyük idi.
 
- Fidel Kastro dünya tarixində özünəməxsus bir iz buraxdı, bir sistem qurdu. Onun dövründə Kubada, təhsil və səhiyyə inkişaf elədi. Ancaq Kuba xalqının imkanları da geniş deyil, bundan əlavə işgüzarlıq da azdır, əvvəllər də Sovet iİtifaqının hesabına yaşayırdılar.
 
- Miqrantların çoxu Iraq, Suriya, Əfqanıstandan Türikyə üzərindən Avropa ölkələrinə gedir. Türkiyə buna razılaşsa da, onun öz istəkləri də var. Avropa Ittifaqı türkiyəli vətəndaşlara tətbiq edilən vizanı aradan qaldıra biləcəyini açıqladı. Türkiyə üzərinə düşən vəzifələri icra etməyə başladı, yəni miqrantları qəbul etdi və yerləşdirdi. Fəqət Avropa Ittifaqı qəfil əlavə şərt kimi terrorçuluqla bağlı qanunu yumşaltmağı  irəli sürdü. Belə bir şərt tələb etmək isə ədalətsizlikdir.
 
- Türkiyə PKK ilə mübarizə aparır, təşkilat isə mülki insanları da hədəfə alır. Ankara və Istanbulda həlak olanların əksəriyyəti mülki insanlardır, onu da PKK həyata keçirib. Indi isə tələb edir ki, PKK-ya qarşı siyasəti yumşaltsın. Bu isə o deməkdir ki, savaşmayın, danışıqlara başlayın. Onunla necə danışıqlar aparmaq ola bilər ki, PKK Türkiyənin şəhər və bölgələrində partizan savaşı aparır?!
 
- Türkiyə dövləti belə bir təklifə getməz.  Ərdoğan da açıq söylədi ki, belə bir şərt olarsa, siz öz yolunuzla, biz də öz yolumuzla gedəcəyik. Yəni terrorçuluqla bağlı qanunu yumşaltmağı tələb etməyin düzgün olmadığı və Türkiyənin bu addımı atmayacağı söyləndi.
 
- 15 iyulda hərbi çevrilişə cəhddən sonra münasibətlər daha da gərginləşdi. Niyə? Çünki Avropa İttifaqı hərbi çevrilişi pisləmədi, Türkiyə Parlamentinin binasının bombalanması əleyhinə dərhal açıqlama vermədi. Bu da rəsmi Ankaranın xoşuna gəlmədi.
 
- Avropa İttifaqı Türkiyədəki həbsləri pislədi və nəticədə münasibətlər gəlib indiki həddə çatdı və belə bir qətnamə qəbul edildi. Ərdoğan da yəqin, indi bu qətnamədən çıxış edərək alternativ yollar axtaracaq. Artıq Şanxay Əməktaşlıq Təşkilatına üzvlüklə bağlı müəyyən fikirlər ortaya atır. Düzdür, Avropa Parlamentinin bu qərarı hüquqi yükə malik deyil, amma siyasi yükü var. İcra orqanları Avropa İttifaqının bu qərarını qulaq ardına da vura bilməz. Ona görə Türkiyə alternativ yollara baş vura bilər.

Tags:  Lukaşenkonun səfəri Kastronun ölümü Avropanın Türkiyə xofu


RƏYLƏR


Top news