Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tite Neymara görə narahatdır

Tite Neymara görə narahatdır

Date: 29 November 2016 19:27

Braziliya millisinin baş məşqçisi Tite komandanın aparıcı futbolçusu Neymarın məhkəmə proseslərinə cəlb olunmasından narahatdır.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis 24 yaşlı hücumçunun köməyə ehtiyacı olduğunu düşünür.

"İnsanın əsas diqqəti işinə yönəldəndə bütün problemlərim yox olması düzgün ifadə deyil. Problemlər iş fəaliyyətinə təsir göstərir. Neymara elə qrup şəxslər lazımdır ki, ona məsləhət versin. Bu vəziyyəti kənarda izləmək olmaz".

Bir neçə gün öncə İspaniya məhkəməsi 2013-cü ildə Neymarın "Santos"dan "Barselona"ya transferində DIS investisiya şirkətinin aldadılması ilə bağlı işə baxmışdı. Prokuror "sambaçı"nın 5 ilə qədər azadlıqdan məhrum olunması və futboldan kənarlaşdırılmasını istəmişdi. Bundan başqa Neymar "Santos"da çıxış etdiyi 2011-13-cü illərdə vergidən yayınmaqda da ittiham olunur.

Milli.Az


Tags:  Tite Neymara narahatdır

RƏYLƏR


Top news