Türkiyəli nazir: "BTQ dəmir yolu xətti gələn ilin ilk aylarında istifadəyə veriləcək"

Türkiyəli nazir: "BTQ dəmir yolu xətti gələn ilin ilk aylarında istifadəyə veriləcək"
19:37 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ "Hədəf Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin 2017-ci ilin əvvəlində işəidarəetməyə hazır olmasıdır."
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.
O deyib ki, bu layihə təkcə Türkiyə üçün deyil, region üçün önəmlidir: “Hazırda işlər ciddi şəkildə davam etdirilir. İşçilər gecə-gündüz çalışırlar. Yaşadığımız regionda mövcud bazarların dəmir yoluna ehtiyacı var. BTQ gələn ilin ilk aylarında istifadəyə verilərək ticarətin və nəqliyyatın daha yüksək səviyyəyə çatmasını təmin edəcək."

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/turkiyeli-nazir-btq-demir-yolu-xetti-gelen-ilin-ilk-aylarinda-istifadeye-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR