Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Terrorçular 7 hind hərbçisini öldürdülər

Terrorçular 7 hind hərbçisini öldürdülər

Date: 29 November 2016 19:53

Hindistanın Kəşmir ştatında terrorçuların hücumu nəticəsində ölkə ordusunun yeddi hərbi qulluqçusu həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Hindistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin məlumatına görə, polis forması geyinən terrorçular Naqrota şəhərində yerləşən bazanın qoşun qərargahının yaxınlığındakı ordu hissəsinə hücum ediblər. Terrorçular əvvəlcə zabit yeməkxanasına daxil olublar, toqquşmada bir zabit və ordunun üç əsgəri həlak olub. Daha sonra isə zabitlər və onların ailələrinin yaşadıqları binalara hücum edən terrorçular onları girov götürüblər.

Əməliyyatın gedişatında 12 hərbçi, iki qadın və iki uşaq azad edilib. Ancaq əməliyyat zamanı daha üç hərbçi həlak olub.

Əməliyyatın sonunda üç terrorçunun cəsədi aşkar edilib. Hərbi qulluqçular başqa terrorçuların olub-olmadığından əmin olmaq üçün ərazini müayinə edirlər.

Ömər Dağlı


Tags:  Terrorçular hind hərbçisini öldürdülər

RƏYLƏR


Top news