Qarabağa YENİ FORMAT, müharibəyə son qoymaq üçün tək yol... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağa YENİ FORMAT, müharibəyə son qoymaq üçün tək yol... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 29 Noyabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi 3+2 formatında Hamburqda görüş təklifini dəstəkləyir. Bu gün səhər saatlarında Kolumbiyada çoxsaylı insanın ölümü ilə nəticələnən təyyarə qəzası baş verib. Suriya müxalifəti vətəndaş müharibəsi dövründə ən ağır məğlubiyyətlərdən birini almağa yaxındır. Türkiyə prezidenti Yaxın Şərqdə sülhün yeganə yolunu göstərib. ABŞ yerdəki problemlərdən bezərək kosmosda müharibə ssenariləri hazırlayır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib ki, Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi 3+2 formatında Hamburqda görüş təklifini dəstəkləyir.

Bundan başqa nazir, Minsk qrupunun amerikalı və fransalı həmsədrlərinin dəyişməsinin danışıqlar prosesinə əsaslı dəyişikliklər gətirəcəyini gözləmədəyini deyib: “Fransanın Minsk qrupundakı yeni həmsədri təcrübəli diplomatdır. Mən onunla Parisdə bir neçə dəfə görüşmüşəm. O, münaqişənin nizamlanması prosesi barədə çox məlumatlıdır.”

Təyyarə qəzasında 75 nəfər öldü

Bu gün səhər saatlarında göyərtəsində braziliyalı futbolçuların da olduğu “RJ85” tipli sərnişin təyyarəsi Kolumbiya səmasında qəzaya uğrayıb. LAMIA” hava yolları şirkətinə məxsus Təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü olub.

Çarter reysi ilə uçan təyyarədəki futbolçular Braziliyanın “Chapecoense” klubunun üzvləri olub. Onlar noyabrın 29-da Cənubi Amerika Kuboku uğrunda Kolumbiyanın “Atletico Nacional” klubu ilə oyun keçirməli idi. Səlahiyyətlilər qəza nəticəsində 81 nəfərdən 75-nin öldüyünü açıqlayıb.

Qəzanın səbəbi hələlik bəlli deyil. Qəzanın mümkün səbəbləri arasında təbii amillər də var. Hadisə baş verən zaman Kolumbiyada güclü yağışın yağdığı və şimşək çaxdığı deyilir. Daha bir versiya isə təyyarənin yanacağının qurtarmasıdır.

Braziliya prezidenti Mişel Temer təyyarə qəzası ilə əlaqədar ölkədə üçgünlük matəmi elan edib.

Ərdoğandan İsrailə xəbərdarlıq: “Sülh üçün tək yol...” - VİDEO

“Əbədi sülh üçün tək yol 1968-ci il xəritəsi əsasında müstəqil Fələstin dövlətinin qurulmasıdır”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Parlamentlərarası Qüds platforması: Qüds və danışıqlar prosesinin problemləri simpoziumu”nda çıxışında deyib.

Suriyada həyata keçirilən “Fərat Qalxanı” əməliyyatından danışan Türkiyə prezidenti bildirib ki, bu ölkəyə diktator Bəşər Əsədin hökmranlığına soy qoymaq üçün giriblər. “Biz səbr, səbr dedik, ən sonda dözə bilməyərək Azad Suriya Ordusu ilə Suriyaya girmək məcburiyyətində qaldıq. Nə üçün girdik? Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Biz dövlət terroru ilə məşğul olan Əsədin hökmranlığına son qoymaq üçün oraya girdik”, - deyə Ərdoğan vurğulayıb.

Ərdoğandan İsrailə xəbərdarlıq: “Sülh üçün tək yol...” - VİDEO

Fələstini tanıyan ölkələrin sayının 137-ni keçməsi üçün çalışmaq lazımdır.

Əsəddən strateji qələbələr

Suriyanın hökumət gücləri Hələbin daha iki kvartalında - Şeyx-Hodr və Şeyx Faresdə müxalifət güclərini məğlubiyyətə uğradıb. Suriya ordusunun qərargahından verilən məlumata görə, bununla da, rejim qüvvələri şəhərin bütün şimali-şərq hissəsi üzərində nəzarəti təmin edib.

Bundan başqa, ordu As-Sukkari və Bustan-al-Başa kvartallarında müxalifət qüvvələrinin ön mövqelərini məhv edib. Hökumət qoşunları su nasosu stansiyasının yerləşdiyi Sleyman-al-Xalyabini geri qaytarıb. Bəzi məlumatlara görə, Hələbin bəzi hissələrinə artıq duzsuz suyun verilməsi bərpa edilib.

Dünən hökumət qoşunları Hələbin şərqində 14 kvartalı müxalifət güclərindən təmizləyib. Gün ərzində 140-dan çox döyüşçü müqaviməti dayandırıb və açılan dəhlizlərlə şəhərdən çıxıb. Hələbin şərq hissəsinin müxalifət güclərindən təmizlənməsi əməliyyatının aktiv mərhələsi noyabrın 21-də başlandı. Quru gücləri Rusiya və Suriyanın hava qüvvələri dəstəkləyir.

Suriya müxalifəti isə bildirib ki, Hələbin itirilməsi rejimə qarşı mübarizənin başa çatdığını göstərməyəcək. Suriya Ali Danışıqlar Komitəsinin üzvü Corc Sabranın sözlərinə görə, Hələb inqilab üçün vacib yer olsa da, sonuncu məntəqə deyil: “Hazırda Azad Suriya Ordusunun nəzarətində kifayət qədər çox yer var. İndiki şəraitdə heç kim sülh haqqında düşünə bilməz”.

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısını keçirib. Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, xüsusi halda, Hələbin şərqində Suriya ordusunun irəliləyişi və şəhərin əhəmiyyətli kvartallarının müxalifət güclərindən azad edilməsi müzakirə edilib.

Fransa Hələb məsələsi ilə əlaqədar təcili olaraq BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edib:Biz təcili olaraq Hələbin bombardmanının dayandırılmasını istəyirik. Bu şəhərə humanitar yardım maneəsiz çatdırılmalıdır”.

Ərdoğan kiber ordu barədə əmr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə Türkiyə yeni kiber ordu qurmaq üçün hərəkətə keçib. Məqsəd kibertəhlükəsizliyi təmin etməkdir.

Türkiyə mediasının məlumatına görə, hazırda bununla bağlı dünya təcrübəsi öyrənilir. Xüsusilə ABŞ, Cənubi Koreya, İsrail, Çin kimi ölkələrin təcrübəsindən istifadə olunacaq. Kiber ordu dövlətə hər-hansı təhlükə yaranacağı təqdirdə, dərhal hərəkətə keçəcək. Həmçinin, əsas prinsip “Ən yaxşı müdafiə hücumdur” olacaq. Ordunun tərkibində ən güclü xakerlər təmsil olunacaq və onlar müqavilə ilə işləyəcəklər.

Türkiyə kəşfiyyatı PKK və YPG-nin (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı-red) Almaniya planını de-şifrə edib. Xüsusi təyinatlı qüvvələr Atatürk hava limanında PKK-nın şəhərlərdə fəaliyyət göstərən təşkilatı KCK-nin Türkiyə üzrə “nümayəndəsi” Sara Aktaşa qarşı əməliyyat keçiriblər. Aktaş Ruken Şahin adlı saxta pasportla tutulub.

Kəşfiyyatdan ŞOK ƏMƏLİYYAT: “Almaniya planı” de-şifrə oldu

Türkiyə kəşfiyyatı PKK və YPG-nin Almaniya planını de-şifrə edib.

Prezidentin korteji partladıldı – 9 yaralı

Filippin prezidenti Rodriqo Dutertenin kortejinin yolunda partlayış olub. Dövlət başçısının təhlükəsizlik xidmətinin doqquz əməkdaşı yaralanıb.

Partlayış Minadanao adasında Maravi şəhərinin yaxınlığında baş verib. Partlayış dəqiqəsində avtomobil kortejində prezident olmayıb. Bəzi məlumatlara görə, partlayışın arxasında “Maute” islam qruplaşmasının döyüşçüləri dayanır.

Prezidentin impiçment məsələsi səsverməyə çıxarılacaq

Cənubi Koreya parlamenti dekabrın 2-də prezident Pak Kın Xenin impiçmenti məsələsi üzrə səsvermə keçirilə bilər. Ölkənin üç müxalifət partiyası prezidentin impiçmenti üzrə səsverməni keçirmək niyyətindədir. “Biz bu həftə impiçment prosedurunu başa çatdırmağa çalışacağıq”, - deyə Demokrat Partiyasının lideri bildirib.

Bu qərarla Xalq və Həmrəylik partiyalarının liderləri də həmrəylik ifadə ediblər. Xalq Partiyasının başçısı bildirib ki, müxalifət impiçmentin dekabrın 2-də keçirilməsi barədə razılaşıb.

Prezidentin impiçment məsələsi səsverməyə çıxarılacaq

“Xalq qarşısında səmimi olmadığıma görə bir daha üzr istəyirəm”, - deyə prezident vurğulayıb.

Ermənistan kommunistlərdən REFERENDUM TƏKLİFİ

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Taçat Sarkisyan rus dili haqqında məsələnin referenduma çıxarılmasını təklif edib. Onun sözlərinə görə, rus dilinə dövlət statusunun verilməsi haqqında məsələni referendumda həll etmək lazımdır.

Ermənistan kommunistlərdən REFERENDUM TƏKLİFİ

Sanki Ermənistanı Rusiyadan qopartmaq üçün “səlib yürüşü” başlanıb.

Bunu “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumun lideri İqor Plotnitski keçirdiyi mətbuat konfransında Kiyevi hədələyib.O, bildirib ki, qışın sonuna kimi Minsk razılaşmalarını yerinə yetirməsə, Ukrayna dağılacaq.

“Əgər Poroşenko qışın sonun akimi Minsk razılaşmalarını yerinə yetirməsə, deməli razılaşmaları növbəti prezident yerinə yetirəcək. Əks halda Ukrayna dağılacaq və yaranacaq xalq respublikalarını saymaq çətin olacaq”, - İqor bildirib.

“Ukrayna qışın sonuna kimi dağılacaq” – ŞOK PROQNOZ

“Ukrayna qışın sonuna kimi dağılacaq”

ŞOK: Yadplanetlilər hücuma hazırlaşır - ABŞ hərəkətə keçdi - SSENARİLƏR

ABŞ deyəsən yerdəki müharibələrdən bezib. Vaşinqton kosmos müharibələri və yadplanetlilərin Yerə hücum ehtimalına qarşı hazırlıqlara başlayıb.

CNN telekanalının verdiyi xəbərə görə, kosmos müharibələri, yadplanetlilərin hücumu üçün bir sıra ssenarilər hazırlanır. CNN-ə danışan ABŞ strategiya komandiri general Con Hayten bildirib ki, insanın getdiyi hər yerdə qarşıdurmalar baş verib.

“İnsan indi kosmosa gedir. Qarşıdurma ehtimalına hazır olmalıyıq”, - amerikalı general deyib.

ŞOK: Yadplanetlilər hücuma hazırlaşır - ABŞ hərəkətə keçdi - SSENARİLƏR

ABŞ müharibə üçün hazırlıqlara başlayıb.

Ömər Dağlı

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimali Koreya raket buraxdı

29 May 2017 08:18

Bakıda 24 yaşlı gənc bıçaqlanıb

29 May 2017 08:17

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 08:12

Cənubi Koreya hərbçiləri KXDR tərəfindən raket buraxılışı barədə məlumat verib

29 May 2017 08:12

Paytaxda sərnişin avtobusunda bədbəxt hadisə baş verib

29 May 2017 08:07

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 08:05

Yanıqları sağaltmaq üçün YENİ ÜSUL - FOTO/VİDEO

29 May 2017 08:03

Totti "Roma"nın heyətində son oyununu keçirib

29 May 2017 07:57

"Ermənistandakı "İsgəndər-m" raket kompleksi region üçün ciddi təhlükə mənbəyidir"

29 May 2017 07:57

Somalidə silahlı kişi insanlara atəş açıb: 6 ölü, 15 yaralı

29 May 2017 07:52

Yeni cehiz sandıq kolleksiyası - FOTOLAR

29 May 2017 07:48

Səudiyyə Ərəbistanı enerji içkiləri və tütün məhsullarına 100 faizlik aksiz tətbiq edəcək

29 May 2017 07:47

"Qızıl buts"un sahibi məlum olub

29 May 2017 07:47

Azərbaycanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

29 May 2017 07:42

Bakıda gənc qadın özünü 8-ci mərtəbədən yerə atıb

29 May 2017 07:37

Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək komandalar müəyyənləşib

29 May 2017 07:37

Venesuelada detirazlar zamanı daha 2 nəfə ölüb

29 May 2017 07:29

Park mənzərəli ev - FOTO

29 May 2017 07:22

"Onlar artırmalıdır"

29 May 2017 07:17

Röyanın sinəsindəki sərvət, qollardakı Rəqsanə, Bülənti sancan ilan, aktyor qayınına böyrəyini verən xanım - HƏFTƏBECƏR

29 May 2017 07:12

Səhər yeməyində uşaqlara bunları verməyin! - FOTO

29 May 2017 07:05

20 yaşlı futbolçudan dahiyanə qol - VİDEO

29 May 2017 06:58

İçində üç bağ olan ev - FOTO

29 May 2017 06:32

“Qızıl buts”un sahibi bəlli oldu

29 May 2017 06:24

Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb

29 May 2017 06:12

İyunun 10-dan YENİ QAYDALAR - Enerji içkiləri və tütün məhsulları...

29 May 2017 06:03

Bakıda 24 yaşlı gənc küçədə bıçaqlanıb

29 May 2017 05:57

Abşeronda yanğın olub

29 May 2017 05:50

Kann kinofestivalının qalibi məlum olub

29 May 2017 05:47

Şəhər kənarında ənnəvi ev - FOTO

29 May 2017 05:32

Mançesterdə terror aktının araşdırılması çərçivəsində kimyaçı tələbə saxlanılıb

29 May 2017 05:15

Luçesku istefaya göndərildi

29 May 2017 04:58

Yunanıstanın sabiq baş naziri vəfat edib

29 May 2017 04:57

Amerikalı hərbçi paraşütün açılmaması səbəbindən həyatını itirib

29 May 2017 04:42

ABŞ hərbiçisi paraşütünün açılmaması nəticəsində ölüb

29 May 2017 04:36

Los-Ancelesdə loft emalatxana - FOTO

29 May 2017 04:32

Ən parlaq canlılar

29 May 2017 04:21

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

29 May 2017 04:07

Şəkidə it ev sahibini dişlədi

29 May 2017 04:03

Universitetdə məktəb kampusu - FOTO

29 May 2017 03:32

Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur

29 May 2017 03:24

Braziliyada 50-dən artıq aviareys təxirə saxlanılıb

29 May 2017 03:22

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

29 May 2017 03:22

Qaxın ucqar kəndinə dolu yağdı - FOTO

29 May 2017 02:58

Böyürtkənin inanılmaz faydaları

29 May 2017 02:49

"Roma"nın kapitanı Françesko Totti karyerasını başa vurub

29 May 2017 02:42

Cənubi koreya hərbiçiləri KXDR-in raket buraxılışını həyata keçirildiyi haqda xəbər veriblər

29 May 2017 02:36

Göydələndəki apartament - FOTO

29 May 2017 02:32

Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var

29 May 2017 02:28

Gəncədə avtomobil süpürgəçini öldürdü

29 May 2017 01:58