Fidel Kastronun ölümünü bayram edən rəssam həbs edildi

Fidel Kastronun ölümünü bayram edən rəssam həbs edildi
20:18 29 Noyabr 2016
111 Dünya
Ölkə mətbuatı
A- A+

“El Sexto” təxəllüslü məşhur rəssam Danilo Maldonado Kuba inqilabının lideri Fidel Kastronun ölümünü bayram etdiyi videonu sosial şəbəkələrdə paylaşdığı üçün həbs edilib.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi bildirib.

Rəssamın həbsi haqqında informasiyanı rəssamın sevgilisi, ABŞ vətəndaşı Aleksandra Martines təsdiq edib. Kuba hakimiyyəti rəssamın həbsini təsdiqləməyib.

Videoyazı noyabrın 26-da - Kastronun ölümündən bir gün sonra paylaşılıb. Görüntülərə görə, 33 yaşlı Maldonado Kastronun ölümünə sevinir və onu təhqir edir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR