"Eurovision-2017"nin hazırlıqları yüksək səviyyədədir

"Eurovision-2017"nin hazırlıqları yüksək səviyyədədir
20:26 29 Noyabr 2016
86 Şou
Ölkə mətbuatı
A- A+

Avropa Yayım İttifaqı (AYİ) Kievdə keçiriləcək "Eurovision-2017" haqqında açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ittifaq Kievdə müsabiqə üçün hazırlıqların yüksək səviyyədə getdiyini bildirib.

AYİ-nın açıqlama verməsinə səbəb bu yaxınlarda kanallardan birində Ukraynanın yarışmaya hazır olmaması ilə bağlı məlumatlar verilməsidir.

"Biz, demək olar ki, hər gün təşkilatçılarla əlaqə saxlayırıq. Onlara lazım olan dəstəyi veririk. Bir ölkə ki, müsabiqəyə artıq qatılıb, demək, o bilir ki, qalib gələ bilər və yarışma onun ölkəsində keçirilə bilər. Ukrayna da bunu gözə almışdı. Odur ki, narahatlığa heç bir əsas yoxdur".

Qeyd edək ki, "Eurovision-2016"nın qalibi Ukrayna təmsilçisi Camala olmuşdu.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR