Tanınmış rejissora təzyiq edirlər: “Zəng edib, deyirlər ki...”

Tanınmış rejissora təzyiq edirlər: “Zəng edib, deyirlər ki...”
20:28 29 Noyabr 2016
258 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış rejissor Rövşən İsax özünün rejissorluğu ilə ərsəyə gələn “Vicdan haqqı” serialına olan tamaşaçı marağından danışıb.

Publika.az-a açıqlama verən rejissor serialın qəhrəmanlarının taleyi ilə maraqlanan tamaşaçıların ona təsir etmək istədiklərini bildirib:

“İnsanlar zəng edir, sosial şəbəkədə yazır, serialın qəhrəmanlarının aqibəti ilə maraqlanır. Hətta bəzi insanlar var ki, serialı reallıq kimi qəbul edir. Ordakı qəhrəmanları yolda görəndə qınayır, bəzən təhqir edir. Sosial şəbəkədə çoxsaylı şərhlər yazılır, bəziləri yazır ki, İmranı boğardıq. Elə tamaşaçılar var ki, sonluğu istəkləri kimi görmək istəyirlər. Bizi insanlara qulaq asırıq, onların fikirlərini dinləyirik, amma öz bildiyimizi edirik”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR