Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Nar"ın mobil şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir

"Nar"ın mobil şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir

Date: 29 November 2016 20:37

Bakı. 29 noyabr. REPORT.AZ/ “Nar”ın mobil şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir”.
“Report” bildirir ki, bunu noyabrın 29-dan dekabrın 2-dək davam edəcək “BakuTel 2016” sərgisində “Nar”ın satış departamentinin direktoru Samir Məmmədov deyib.
S.Məmmədov qeyd edib ki, genişləndirilən şəbəkə sayəsində 4G və 3G texnologiyalarına əsaslanan mobil internet xidməti şirkət abunəçilərinə yüksək sürətli internetdən daha sərfəli və rəqabətədavamlı qiymətlərlə istifadə imkanı yaradır: "Şirkət abunəçilərinin rahat və kəsintisiz mobil rabitə, internet xidmətlərindən yararlanması məqsədilə ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması prosesini davam etdirir. İstismara verilən 3G və 4G baza stansiyalarımızın sayını artırmağa davam edirik. Hazırda 618 LTE baza stansiyası vasitəsilə abunəçilərə kəsintisiz, yüksək keyfiyyətli mobil rabitə və internet xidməti göstəririk. Ölkədə heç bir mobil operatorun şəbəkəsi bundan yüksək göstəricilərə malik deyil. Bundan əlavə, “Nar” gücləndirilən və genişləndirilən LTE şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda “Nar” LTE şəbəkəsindən faydalanan istifadəçilərin ümumi sayı 50 mindən çoxdur.LTE-A innovativ texnologiyası genişləndirilən “Nar” şəbəkəsinin məhsuludur”.
Departament direktorunun sözlərinə görə, “Nar-CityNet” brendi altında təklif edilən məhsulların siyahısını innovativ telekommunakasiya və əyləncə xidmətləri ilə genişləndirməyi nəzərdə tutur: “Bu müştərilərə daha əlverişli və sərfəli şərtlərlə mobil, sabit internet xidmətlərinin birgə təqdim olunduğu paketlərin təklif edilməsinə hesablanan bir addımdır. Bu məqsədlə “Nar” özünün çoxfunksiyalı rabitə strategiyası çərçivəsində Azərbaycan bazarında bir ilk olan “Qutu” məhsulunu ərsəyə gətirib. Bu məhsulun əsas mahiyyəti müasir rabitə tələbləri - ev üçün internet və IPTV xidmətləri, mobil rabitə üçün danışıq və internet, SMS xidmətlərinin vahid platforma üzərindən idarə olunmasıdır.İnanırıq ki, müştərilər eyni nöqtədən vahid ödənişlə bir neçə xidmətdən yararlanmaq fürsətini yüksək qiymətləndirəcəklər. “Qutu” sayəsində abunəçi artıq ayrı-ayrı xidmətləri əldə etmək üçün əlavə vaxt itirməyəcək, bütün xidmətləri bir paketdə əldə edərək ümumi xərclərinə qənaət edə biləcək və həftədə 7 gün 24 saat özəl müştəri xidmətlərindən faydalanmaq fürsəti qazanacaq”.
S.Məmmədov vurğulayıb ki, “Nar” şəbəkəsini daima gücləndirərək bu işə böyük vəsait sərf etməyə davam edir. Onun sözlərinə görə, hazırda şirkətin başlıca məqsədiyeni məhsul və xidmətləri sərfəli qiymətlərlə təqdim etməklə, aparıcı, bəyənilən ticarət nişanı statusunu qorumaqdır.


Tags:  Narın mobil şəbəkəsi ölkə ərazisinin 93-ni əhatə edir


RƏYLƏR


Top news