Qadın sərnişin özünü təyyarədən yerə atdı

Qadın sərnişin özünü təyyarədən yerə atdı
20:42 29 Noyabr 2016
169 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Hyuston ştatında Corc Buş adına hava limanında qəribə hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qadın sərnişin təyyarənin təcili çıxış yolundan özünü yerə atıb.

Qeyd olunur ki, insident təyyarənin yerə endiyi, lakin hələ də hərəkətdə olduğu zaman baş verib.

Qadın təyyarənin qanadının üstünə dırmaşaraq yerə atılıb və terminala doğru qaçıb, lakin polislər tərəfindən saxlanılıb.

Sərnişinə psixiatriya ekspertizası təyin olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR