Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Date: 29 November 2016 20:43

Sabah Astara və Abşeron magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan Publika.az-a verilən məlumata görə, noyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin “Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Qaradağ rayonunun “Laçın qaçqınları” yaşayış məntəqəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.


Tags:  Sabah bu rayonlarda qaz olmayacaq

RƏYLƏR


Top news