"O, futbolçuların ən yaxşı xüsusiyyətlərini üzə çıxarır"

"O, futbolçuların ən yaxşı xüsusiyyətlərini üzə çıxarır"
20:57 29 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

İrlandiya futbolunun canlı əfsanəsi Robbi Kin "Liverpul"un son zamanlar uğurlu çıxışına diqqət yetirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu "qırmızılar"ın baş məşqçisi Yurqen Kloppun zəhmətini xüsusi qeyd edib.

"Kloppun rəhbərliyi altında "Liverpul" əvvəlki qüdrətini bərpa edib. Bu məşqçinin texniki zonadakı davranışı, müsahibələri, futbolçulara qarşı münasibəti xoşuma gəlir. Klopp "Liverpul"a, Premyer Liqaya lazım olan şəxs idi. O, futbolçuların ən yaxşı xüsusiyyətlərini üzə çıxarır. "Liverpul" hazırda Premyer Liqanın ən maraqlı komandasıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR