Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bilik Fondunda “İmzalı görüş” keçirilib

Bilik Fondunda “İmzalı görüş” keçirilib

Bilik Fondunda dil dərsi keçirilib (21 Fevral 2017 19:52)
Bilik Fondu İslam Həmrəyliyi Oyunlarının təbliğatına başlayıb (16 Fevral 2017 19:27)

Tarix: 29 Noyabr 2016 21:02


Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “İmzalı görüş” layihəsi çərçivəsində şair, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirə Bilik Fondunun əməkdaşları, Könüllülər Birliyinin üzvləri, ədəbiyyatsevər gənclər qatılıblar.
“İmzalı görüş” layihəsinin əsas məqsədi haqqında tədbir iştirakçılarına məlumat verən Fondun icraçı direktoru Oktay Səmədov gəncləri Səlim Babullaoğlunun yaradıcılığı ilə tanış edib.
Sonra şair yeni çapdan çıxmış “İlyas Göçmənin şəkil dəftəri” adlı kitabının ərsəyə gəlməsindən danışıb. Səmimi şəraitdə keçən görüşdə tədbir iştirakçıları onları maraqlandıran suallara cavab alıblar. Səlim Babullaoğlu gənclərə maraqlı şeirlərini oxuyub. 
Sonda müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə verib.


Teqlər:  Bilik Fondunda İmzalı görüş keçirilib



RƏYLƏR


Top xəbərlər