Hələbin alınması nəyə gətirəcək?

Hələbin alınması nəyə gətirəcək?
21:12 29 Noyabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Şərqi Hələbin Bəşər Əsəd tərəfindən alınacağı qaçılmazdır. Amma bu, Suriya, Yaxın Şərq və ümumiyyətlə dünyaya necə təsir edəcək?

Bəşər Əsədin Hələbi ala biləcəyini əminliklə söyləmək mümkündürmü?

Yüz faiz zəmanət vermək çətindir, lakin əksini söyləyə bilmək üçün də demək olar ki, şübhə yoxdur.

Bu, Suriyada vətəndaş müharibəsinin bitməsi deməkdirmi?

Yox. Siyasi analitiklərin əksəriyyəti Hələbin alınmasını vətəndaş müharibəsinin sonu kimi qiymətləndirmirlər. Çox güman ki, bu, müharibənin partizan formasını alacaq və müharibəni, Qərbdən və regiondakı müttəfiqləri tərəfindən açıq və ya gizli dəstək alaraq sünni silahlıları davam etdirəcək.

Bundan əlavə, üsyançıların bir çoxu da cihadçılara qoşulacaq.

Bəşər Əsəd

Bəs Əsədə nə olacaq?

Belə görünür ki, Bəşər Əsəd hakimiyyətdə qalacaq. Lakin o, İkinci dünya müharibəsindən sonra, ən böyük qaçqın böhranı yaşayan, dağılmış və eyni zamanda parçalanmış bir ölkəni idarə edəcək. Bundan başqa, Suriya ərazisinin de-fakto azalması da artıq aydındır.

Rusiyanın Hələbin alınmasında həlledici rol oynadığını söyləmək nə dərəcədə doğrudur?

Tam doğrudur. 2011 və 2014-cü illər arasında ABŞ-ın Suriyada səfiri olmuş Robert Ford düşünür ki, "Rusiya Hələbdə, 1999-2000-ci illər Çeçenistan müharibəsində etdiklərini təkrarlayır."

Müharibənin gedişatı zamanı Əsəd rejiminin devrilməsinin qaçılmaz olduğu anlar var idi. Rusiya və İran bunun baş tutmaması üçün əlindən gələni etdi.

Şərqi Hələbin Rusiya ilə birlikdə bombardman edilməsi və şiə silahlı qüvvələrindən yaradılan (İranın sponsorluq etdiyi) dəstələrin də dəstəyi ilə üsyançılara ağır və həlledici zərbə endirilib.

Barack Obama

Hələbdəki üsyançıların məğlubiyyətində Qərbin rolu necə oldu?

Demək olar ki, Bəşər Əsədin həm dostlar, həm də düşmənlərlə bəxti gətirib. Bir tərəfdən Rusiya və İran (fərqli idarəetmə görüşlərinə sahib olsalar da) Əsəd rejiminin ayaqda qalması üçün hər şey etdilər.

Digər tərəfdən isə Qərbin (eləcə də ABŞ-ın) "Suriya bataqlığına" qarışmamaq istəyi üsyançıların adekvat dəstək almamasına gətirib çıxardı. Eyni zamanda, Əsəd rejiminin dağılması nəticəsində "İslam dövləti"nin (Rusiya da daxil olmaqla, dünyanın bir çox ölkələrində qadağan olunmuş terror təşkilatı) hakimiyyəti ələ keçirməsi şansı da burada rol oynayır.

Belə çıxır ki, Hələbin alınması Əsədin qələbəsi deməkdir?

Ümumilikdə hə, lakin Suriyada sülh bərpa olunmayacaq.

Danimarkanın Livan, Suriya və İordaniyada səfiri olmuş və hazırda Kanada beynəlxalq münasibətlər institutunun analitiki olan Rolf Holmboe-yə görə, Hələbin alınması üsyançılara sarsıdıcı zərbə vuracaq.

"Üsyançılar, təcrid olunmuş anklavlarda qapalı qalacaqlar," o təsdiq edir. "Və rejim onları asanlıqla bir-bir aradan çıxaracaq. Bu halda Əsəd ilə sülh bağlamaq qaçılmaz olacaq. O, faktiki olaraq, müharibədə qalib gəldi."

Putin

Niyə Yaxın Şərqdə marağı olan başqa ölkələr Rusiya və İranın Əsədə dəstəyi kimi üsyançılara köməyə gəlmədi?

Birincisi, heç kim Suriyada ABŞ, Rusiya, Türkiyə və İran əsgərləri ilə üz-üzə gəlmək istəmir. Demək olar ki, Birinci dünya müharibəsi də bu cür başlamışdı və Qərb bunun təkrarını istəmir.

Bundan başqa, Amerikanın başı prezident seçkiləri və "İslam dövləti" ilə müharibəyə qarışmışdı. Fars körfəzi ölkələri isə Yeməndəki vətəndaş müharibəsi ilə məşğuldurlar. Türkiyə isə sərhədində formalaşan kürd silahlı qüvvələri və ölkə daxilində yayılan kürd separatizmi ilə mübarizə ilə məşğul olduğuna görə, Suriya üsyançılarına aktiv dəstək verə bilmədi.

Hələbin alınması regiondakı güvvələr nisbətinə necə təsir göstərəcək?

Rusiya və İran Əsədi xilas etməklə yanaşı, regiondakı güc mövqelərini qorumağa da ümid edirlər. Baxmayaraq ki, Rusiya üçün bu, iqtisadi yükə çevrilə bilər.

Türkiyə kimi Fars körfəzi ölkələri üçün də, Hələbin alınması və Əsəd rejiminin tam bərpası narahatedicidir. İlk olaraq ona görə ki, bu, Ankaranın köhnə düşməni və rəqibi olan İranın mövqeyini gücləndirəcək. İkincisi ona görə ki, nəticədə ölkəyə Suriyadan daha çox qaçqın gələcək.

Aparıcı ərəb siyasi şərhçilərindən olan Sarkis Naumi güman edir ki, regiondakı ölkələrin bir çoxu üsyançılara olan dəstəyini artıracaq və bu səbəbdən Suriyadakı konflikt daha uzun çəkəcək.

Qaçqınlar

Hələbin alınması ilə Əsədin qələbə qazanması dünyada nəyi dəyişəcək?

Bir çox şeyi. Vaşinqton Yaxın Şərq siyasəti institutunun analitiki Andrew Tabler düşünür ki, üsyançıların məğlubiyyəti ABŞ-ın beynəxalq reputasiyasına ciddi xələl gətirəcək. "Bu, ABŞ və onun regiondakı Türkiyə, Səudiyyə Ərəbistanı, Qatar və İordaniya kimi müttəfiqləri üçün ciddi zərbə olacaq. Hələbin alınması Avropaya daha çox qaçqın axınına səbəb olacaq və nəticədə ABŞ-dan daha çox Rusiyaya meylli ultra-sağçıların mövqeyi daha da güclənəcək."

Tabler həm də, hadisələrin bu cür gedişinin NATO-nun Avropadakı işini, xüsusilə Rusiya ilə sərhəd ölkələrdə, şübhə altına alacaq.

Hələbin alınması ilə Avropada terrorizm artacaqmı?

Çox güman ki, hə. "İslam dövləti" adlandırılan qruplaşma kimi güclər özlərini müsəlman-sünnilərinin yeganə müdafiəçisi kimi qələmə verəcək və Qərbin bacarmadığı və göstərmək istəmədiyi dəstəyə görə intiqam almaq istəyəcəklər.

Üsyançı Suriya müxalifətçilərinin bir çoxu silahlı islamçıların sıralarına sığınacaq.

Hələb

Hələbin alınmasının, lap 10 il sonra belə olsa, konfliktə son gətirəcəyinə inanmaq olarmı?

Çox çətin. Suriyalı politoloq Əmmar Əbdülhəmidin bildirdiyi kimi, bu, üsyançılara qarşı vuruşan qüvvələrin qələbəsi üçün son deyil, amma həlledici zərbə olacaq.

"Suriya konflikti, ciddi plan əsasında bitməyəcək. Bu planı ABŞ kimi Rusiya dəstəkləsə belə," o düşünür. "Konfliktin hərəkətedici gücləri regiondakı ölkələr idi və onlar da hələ müharibənin bitməsinə hazır deyillər."

BBC-nin Ərəbistan xidmətinin analitiki Hayan Sübehanın şərhləri

Şərqi Hələb, əlbəttə ki, alınacaq, amma bu, hərbi qələbədən çox siyasi qərar olacaq.

Bu gün Hələb hər kəsə mane olur, eləcə də, itkilərinin müqabilində şəhəri saxlaya bilməyən üsyançılara.

Bu siyasi qərar Rusiya, Əsəd qüvvələri və Türkiyə arasındakı - açıq və ya gizli - razılaşma əsasında baş tuta bilər.

Rusiya regiondakı mövqeyini gücləndirmək istəyir, lakin Moskva ələ keçirilmiş əraziləri saxlaya bilib-bilməyəcəyinə qərar verməlidir. Əsəd başa düşür ki, Hələbdə müxalifətə qalib gələrək üsyançıların regiondakı başqa ölkələrə dağılmasına səbəb olacaq. Türkiyə isə, hazırda Şeyx-Maqsud rayonunu əlində saxlayan kürd silahlı qüvvələrinin Hələbdə qalmayacağından əmin olmaq istəyir.

Hələb alınacaq, amma bu, hələ baş verməyəcək. Ola bilsin ki, bu ilin sonu və ya gələn ilin əvvəli.

Əsəd, əlbəttə ki, hakimiyyətdə qalacaq və Suriya yenidən qurulacaq. Fars körfəzi ölkələrinin hamısı öz töhfəsini alacaq. Çünki, suriyalılar artıq müharibədən yorulublar və istənilən şərtlə sülhə razıdırlar.

Lakin, hazırda müxtəlif qruplaşmalarda vuruşan xarici döyüşçülər, sülh əldə olunduqdan sonra, hərbi cinayət məsuliyyətinə cəlb olunmamaq üçün ölkəni tərk edəcəklər. Suriyalılar üçün dini fərq böyük artıq rol oynamır. Yetər ki, sülh bərqərar olsun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR