Avropada Rusiyanın "dostları"

Avropada Rusiyanın "dostları"
21:12 29 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentində (AP) Fransa, İtaliya və Yunanıstanı təmsil edən deputatların çoxu Rusiyanın "anti-Aİ təbliğatını" pisləyən qətnamə əleyhinə səs verib, İttifaq institutlarının fəaliyyətilə bağlı dərc edilmiş təhlildə deyilir.

23 noyabrda qəbul edilmiş qətnamə Rusiya və islamçıların media kampaniyalarına qarşı daha sərt Aİ addımlarına səsləyirdi.

Milli.Az BBC-yə istinadən bildirir ki, mətnə əsasən xüsusən də sosial şəbəkələrdə yayılan qərəzli xəbərlər Aİ daxilində parçalanmanı dərinləşdirir.

Səsvermə vaxtı bir çox millət vəkili öz partiyalarının siyasi göstərişinə tabe olmayıb, Votewatch Europe araşdırma mərkəzinin təhlilində qeyd olunur.

Rusiya prezidenti AP qətnaməsini tənqid edərək deyib ki, səsvermə Avropada demokratiyanın tənəzzülə uğradığını nümayiş etdirir.

Aİ qətnaməsinə 304 deputat dəstəkləyib. Onun əleyhinə 179 səs verilib və 208 millət vəkili bitərəf qalıb.

Xəritə

Sənədə ən çox dəstək verən Şərqi Avropa ölkələri olub. Hərçənd bolqarıstanlı millət vəkilləri arasında sənədə dəstək daha az olub.

Çoxu avroskeptiklərdən ibarət olan britaniya deputatlarının qrupu qətnamə əleyhinə səs verib. 68 fransalı millət vəkili arasında isə yalnız 3 nəfər sənədi dəstəkləyib.

18 Yunanıstan deputatının hamısı qətnaməyə qarşı olub.

Rusiya və Aİ arasında siyasi bəyanatlar mübadiləsi 2013-2014-cü illərdə, Ukraynanın şərqindəki üsyan və Krımın ilhaqından sonra kəskinləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR