Hansı dost insanı xoşbəxt edə bilər?

Hansı dost insanı xoşbəxt edə bilər?
21:17 29 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Dost insanı xoşbəxt də edə bilər, bədbəxt də. Bəs nə edək ki, yaxşı dost tapa bilək?

İnsanın dostlarını üç dəstəyə bölürlər:
1. Vəfasız dostdur ki, öləndən sonra sizi tək qoyar.
2. O dostdur ki, qəbrə qədər sizinlədir, ancaq o zaman ki, dəfn olunarsınız, sorağınıza gəlməz.
3. O dostdur ki, hər yerdə sizinlədir, istər dünyada olsun, istər qəbirdə, istərsə də qiyamətdə. (Tebyan)
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, birinci dost - insanın mal-dövlətidir. İnsan öləndən sonra varislərinə çatır. İkinci dost insanın dostları və ailəsidir ki, onu qəbrə qoyandan sonra unudurlar. Üçüncü dost isə əməllərinizdir ki, həmişə sizinlədir və sizi tərk etmir. Allah Təala Qiyamət günü bəzi zalımların halını belə təsvir edir: "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". ("Furqan" 28).
Əmirəl-möminin (ə) buyurur: "O insan ki, şəxsiyyəti sizin üçün şübhəlidir, dinindən xəbəriniz yoxdur, dostlarına nəzər salın. Əgər onlar Allah dininin əhlidirlərsə, deməli həmin şəxs də Allah dinindədir. Ancaq əgər dostları Allah dinindən qeyrisindədirlərsə, bilin ki, onun da Allah dinindən heç bir bəhrəsi yoxdur".
Quranın nəzərində yaxşı dost necə olmalıdır?
1. İman, dostluğun bünövrəsidir. Allah Təala Quranda möminlərə göstəriş verir ki, kafirlər, müşriklər, münafiqlər ilə dostluq etməsinlər. Çünki onların imanı yoxdur. "Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla - (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir". ("Ali-İmran" 28).
2. Eybinə görə sənə təzəkkür verər. "Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır". ("Tövbə" 71).
3. Düz danışandır. "Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin (s) məsum Əhli-Beytidir)".("Tövbə" 119).
4. Sənə qarşı xeyirxahdır. "Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost  etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər". ("Ali-İmran" 118).
5. Xoş əxlaqdır. "Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik". ("Muminun" 96).

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR