Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Qaxda üç uşaq anası dəm qazından zəhərləndi

Qaxda üç uşaq anası dəm qazından zəhərləndi

Date: 29 November 2016 21:23

Qaxda üç uşaq anası dəm qazından zəhərlənib.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində baş verib.

1979-cu il təvəllüdlü Şəlalə Sahib qızı Əsgərova koma vəziyyətində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, üç uşaq anası olan Ş. Əsgərova qonşuları tərəfindən yaşadığı evin hamam otağında huşsuz vəziyyətdə aşkarlanıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ş. Əsgərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.


Tags:  Qaxda üç uşaq anası dəm qazından zəhərləndi

RƏYLƏR


Top news