“Qarabağ”dan şübhəli qələbə - YENİLƏNİB

“Qarabağ”dan şübhəli qələbə - YENİLƏNİB
21:32 29 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son oyun günündə 1 görüş keçirilib.

Turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Qəbələ"ni qəbul edib. Görüşdə ilk hissə qolsuz başa çatıb.

İkinci hissədə Filip Ozobiç fərqlənərək qonaqları hesabda önə çıxardıb. Ancaq Roman Qriqorçukun yetirmələri üstünlüyünü qoruya bilməyiblər.

Matçın 87-ci dəqiqəsinə hakim Rəhim Həsənov qonaqların qapısına şübhəli penalti təyin edib. Belə ki, top Stankoviçin üzünə dəysə də, referi bunu penalti kimi dəyərləndirib. Almeyda isə ona təqdim olunmuş bu şansı boşa verməyib.

Oyuna əlavə olunmuş dördüncü dəqiqədə isə braziliyalı oyunçu qəhrəmandan anti-qəhrəmana çevrilib. Belə ki, "20 nömrə" Filip Ozobiçi başla vurduğu üçün meydandan qovulub.

Bundan bir dəqiqə sonra isə Əfran İsmayılovun sağ cinahdan ötürməsini Dino Ndlovu qola çevirib.

Azərbaycan Premyer Liqası

XIII tur

29 noyabr (çərşənbə axşamı) 

"Qarabağ" - "Qəbələ" - 2:1

Qırmızı vərəqə: Almeyda, 90+2 (rəqibi vurduğu üçün)

Qollar: Almeyda, 86 (pen.), Dino Ndlovu, 90+5 - Ozobiç, 64

I dövrədəki oyun: 0:2

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov     

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

"Azərsun Arena"

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 11. Mahir Mədətov, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 94. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 44. Rafael Santos, 70. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

Turnir cədvəli

1.

Qarabağ

13

10

1

2

26-6

31

2.

Qəbələ

13

8

4

1

28-6

28

3.

İnter

13

6

6

1

21-12

24

4.

Kəpəz

13

3

6

4

9-11

15

5.

Zirə

13

4

3

6

11-14

15

6.

Sumqayıt

13

3

5

5

12-18

14

7.

Neftçi

13

3

0

9

9-29

9

8.

AZAL

13

0

5

8

5-25

5

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR