"Qarabağ" - "Qəbələ" matçında insident - Nə baş verdi?

"Qarabağ" - "Qəbələ" matçında insident -   Nə baş verdi?
21:37 29 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçının son dəqiqələrində insident baş verib.


İnsident futbolçular arasında olub. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Filip Ozobiç topu rəqibdən alaraq hücuma keçib. "Qarabağ"ın futbolçusu Riçard Almeyda isə bunun qarşısını rəqib futbolçunu tutmaqla alıb. Baş hakim braziliyalının bu hərəkətini sarı vərəqə ilə qiymətləndirib. Riçard ikinci "sarı"nı alaraq meydandan qovulub.


Bundan sonra "Qarabağ"ın heyətində Dino Ndlovu Ozobiçə öz etirazını bildirib. Hadisə yerinə gələn Cavid Hüseynov Ndlovuya etiraz edib və tərəflər arasında insidenti yaşanıb.


"Qarabağ"ın ikinci qolundan sonra hadisə daha da böyüyüb. Futbolçular bir-biriləri ilə münaqişə edib və "Qəbələ" tərəfi referiyə kəskin etirazını bildirib.("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-quotqblquot-matcnda-insident-t54561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR