Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri

Date: 29 November 2016 21:42

Yəqin ki, evə yeni körpənin gəldiyi zaman onun böyük bacı və qardaşının körpəni necə qısqandığını görmüsünüz. Bu hər bir evdə ikinci uşağın gəlişi ilə baş verən bir hadisədir. Bu cür qısqanclıqlar adətən 2-6 yaş arası uşaqlar arasında baş verir.
Ananın qarnı böyüdükcə ətrafdakıların suallarını cavablandırmağı, evdəki körpə uşağın diqqətini çox çəkir. Evə ikinci uşağın gələcəyini hiss edən azyaşlı, ikinci uşağı elə həmin vaxtdan qısqanmağa başlayır. Uşağın dünyaya gəlişi və ananın yeni doğulmuş körpəyə tez-tez qulluq etməsi isə bu qısqanclığı daha da alovlandırır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, evdə azyaşlılar arasında olan qısqanclıqlar ailədə narahatçılıqlara səbəb olur. Bu hal istər-istəməz uşaqların psixologiyasına da pis təsir edir. Bəs bu zaman nə etmək lazımdır?
Valideyn birinci uşağın psixologiyasında dəyişiklik hiss etsə, mütləq psixoloqa müraciət etməlidir.
Ailədəki uşaqlar arasında yaş fərqi nə qədər çox olarsa, qısqanclıqların da dərəcəsi bir o qədər çox olur. Psixoloqlar azyaşlı qardaş və bacılar arasında olan münasibətlərin aşağıdakı həddə çatdıqda, psixoloqa məsləhət etməyi tövsiyyə edirlər:
- biri digərinə zərər verdikdə
- uşaqlardan biri özünə qapandıqda
- biri digərinin qidalandığı zaman ona mane olmağa çalışdıqda
- uşaqların hər ikisində və ya birində əsəbilik əlamətləri hiss edildikdə.
Milli.Az


Tags:  Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri

RƏYLƏR


Top news