3 manata "Versace", 100 manata "Beko"?

3 manata "Versace", 100 manata "Beko"?
21:47 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Təbii sual doğur: Saxta mallar satışa necə çıxır?

"Shanel", "Versace", "She" brend ətirləri 3 manatadır. Hava limanlarındakı "DutyFree"lərdə belə qiyməti, azı, 70-80 manat olan ətirlərin Bakının Sədərək Ticarət Mərkəzində belə ucuz satılması, təbii ki, təəccüb doğurur. Satıcıya üz tutub "Saxta ətirdir?" - deyə soruşanda, o, çiynini çəkərək, sualı sualla cavablayır: "Adı maraqlı, qoxusu da pis deyilsə, müştəriyə daha nə lazımdır?". "Axı bu ətirlər hətta 30-40 faizlik endirimdə də 40-50 manatdan aşağı olmur, siz necə 3 manata verirsiniz" sualında inad etsəniz, inanın, eyni reaksiyayla qarşılanacaqsınız. Satıcı real alıcı olmadığınızı görüb, sualınızı eşitməzliyə vuracaq və yanındakı həmkarıyla aydan və çaydan danışmağa başlayacaq...

"Kitayskidir..."

Eyni mənzərəni məişət avadanlığı satılan mağazalarda da görəcəksiniz. Bəzi mağazalarda "Bosh", "Beko" markalı suqızdırıcılar qat-qat ucuz qiymətə təklif olunur:

- "Beko", "Bosh", "Arçelik", hansını istəyirsinizsə, varımızdı...

- Neçəyədir?

- 90-100 manatdan 150 manatadək. Tutumundan asılıdır, bir də avtomat olub-olmamağından.

- Hara malıdır?

- Çindən gətirilib.

- "Beko"nun Çində zavodu var?

- Bilmirəm.

- Sertifikatını göstərə bilərsiniz?

- Sertifikatı yoxdur.

- Bəs zəmanət verəcəksiniz? Adətən, məişət cihazlarına zəmanət verilir, axı.

- Yox, zəmanət vermirik. Burda yoxlayırıq, işləyirsə, vəssalam. Evinizdə bir şey olsa, bizlik deyil.

- Xalis "Beko"dur, yoxsa?

- Niyə sizi aldadim ey? Orijinal deyil, Çin malıdır - "kitayski"dir. Hamı alır, azı, 3-4 il işləyəcək, qiyməti də baha deyil. 100 manat verəcəksiniz, işləyəcək də...

"Beko" məişət cihazlarının Azərbaycan nümayəndəliyinin reklam şöbəsindən AzadlıqRadiosu-na bu brend altında saxta malların satıldığından xəbərsiz olduqlarını dedilər, ancaq əlavə etdilər ki, onlar öz məhsullarına mütləq zəmanət verirlər.

"Orijinalın orijinalı"

Bu günlərdə evinə Polşa istehsallı suqızdırıcı alan Baki sakini Elvin Bayramov deyir ki, cihazı usta məsləhətiylə alıb: "Dedi ki, Polşa istehsalıdı, uzun illər işləyəcək, keyfiyyətlidi. Biz də gedib aldıq, hətta cihazın sertifikatını da verdilər, zəmanətini də. İkiillik zəmanətlə aldıq".

Elvin Bayramovun sözlərinə görə, bu cihazı gəlib evində quran firma əməkdaşı bildirib ki, sizə Polşanın özü üçün istehsal etdiyi məhsul qismət olub: "Adam gileyləndi ki, Azərbaycan üçün istehsal edilən məhsullar onlara çox problem yaradır, tez-tez nəyisə xarab olur. Dedi, bundan əvvəl Rusiya üçün istehsal olunan partiya gəlmişdi, indi də Polşanın öz istehlakı üçün olan. Soruşanda ki fərq nədir, - dedi, Azərbaycandan ötrü buraxılanlarda hansısa detallar o qədər də keyfiyyətli hazırlanmır". Elvin Bayramov həmin sözləri eşidəndə, bilməyib sevinsin, ya ağlasın: "400 manatacan pulum çıxmışdı. Dedim, orijinal və təmiz mal olsun. İndi heç bilmirəm, həmin əməkdaş məni rahatlatmaq üçünmü elə söylədi, yoxsa elə doğrudan da təsadüfən orijinalın orijinalını almışıq". Son sözləri söyləyəndə zarafat etdiyinə işarə vurur...

"Bu, heç ərəbski də deyilmiş"

Bakı sakinlərindən Məleykə Əliyeva ötən il başına gələn hadisəni AzadlıqRadiosu ilə bölüşür: "Optika dükanından gün gözlüyü aldım - "Beşmərtəbə" tərəfdə. Endirimlə satdılar - 90 manatlıq gözlüyü 60 manata aldım. Dedilər, xalis türk malıdır. Üç-dörd gündən sonra gözlüyün şüşəsi qəfildən çatladı. O ərəfədə Türkiyəyə gedirdim, orada optika dükanına gedib şüşəni dəyişdirmək istədim. Baxıb dedilər ki, saxta maldır, orijinal deyil".

Məleykə Əliyeva hələ də aldanmasını özünə bağışlaya bilmir və o vaxtdan bəri Azərbaycanda nə geyim, nə də məişət əşyaları almaq istəyir: "Mən gedib gözdən-könüldən uzaq bir yerdən alsaydım, məni yandırmazdı. Düz şəhərin ortasında saxta mal satırlar".

"Brend mallar satan mağazalar da..."

"Ölkədə 9 aydır azad sahibkarlıqdır, kim nə istəyir, gətirib satır və istehlakçını istədiyi kimi aldada bilir", - Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyi sözlərdir. Onun fikrincə, ölkədə istehlakçı hüquqlarını qoruyan qanun yenilənməlidir: "Qanun 1995-ci ildə qəbul olunsa da, sonradan baş verən dəyişikliklər ancaq istehlakçı hüququnu məhdudlaşdırmaqla nəticələnib. Son bir ildə biznes strukturlarının dövlət orqanları tərəfindən yoxlanması dayandırıldığından, dükanlar, hətta brend məhsullar satan mağazalar saxta mallarla dolub".

Eyyub Hüseynovun sözlərinə görə, artıq brend malların saxta örnəkləri təkcə paytaxtın gözdənuzaq ticarət mərkəzlərində deyil, göbəyində də rahatca satılır. Bəzən, heç müştərini "brenddi" deyib aldatmırlar da: "Müştəri görür ki, "Dolçe Cabana"da 800 manatlıq paltar eyni yarlıkla şəhərin mərkəzində 100 manata satılır".

Birlik sədrinin fikrincə, saxta malların Azərbaycan bazarına yol açması istehlakçı hüquqlarının zəif qorunmasından, həm də cavabdeh dövlət qurumlarının səmərəsiz işindən qaynaqlanır.

Mütəxəssislər xatırladırlar ki, ölkəyə gətirilən malların mənşə sertifikatı olmalı və bunu Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yoxlamalıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə bu məhsulların standartlara cavab verib-vermədiyini dəqiqləşdirməlidir.

"Yoxlamalar iki il müddətinə dayandırılıb"

Həmin komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bazarda vaxtaşırı yoxlamalar apardıqlarını, ancaq prezidentin son fərmanından sonra biznes strukturlarında yoxlamalara ara verdiklərini söyləyir: "Sahibkarlıq sahəsində yoxlamalar, qanunun tələbinə əsasən, 2 il müddətində dayandırılıb. Əvvəllərsə təhlükəli, standarta uyğun gəlməyəm mallar aşkar edilərək satışdan yığışdırılıb".

Fazil Talıblı xatırladır ki, ötən il komitə Sumqayıtda bir neçə mağazada istehsalçısı məlum olmayan, "insan sağlamlığına təhlükə törədə bilən xammaldan hazırlanan, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və "Bakı Tikiş Evi" ASC-nin adına qeydiyyata alınan "BTE" əmtəə nişanından qanunsuz yararlanan saxta məktəbli formalarının satıldığını" müəyyənləşdirərək, tədbir görüblər.

Yenə sual doğur: Dövlət nəzarəti olduğu halda bu saxta mallar, illərdir, ölkəyə necə gətirilir və necə sərbəst satışa çıxarılır?

AzadlıqRadiosu, hələlik, nə Gömrük Komitəsindən, nə də İqtisadiyyat Nazirliyindən həmin suala cavab ala bilməyib. Cavablar gəlincə, diqqətinizə yetiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37

Goranboyda "VAZ" aşdı - 3 yaralı

26 İyul 2017 22:29

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi - FOTO

26 İyul 2017 22:27

Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir

26 İyul 2017 22:27

Maykl Ceksonun 19 yaşlı qızı siqaret çəkərkən görüntüləndi

26 İyul 2017 22:17

"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

26 İyul 2017 22:17

FES illik faiz dərəcəsini 1-1,25% səviyyəsində saxlayıb

26 İyul 2017 22:17

FED uçot dərəcəsini dəyişmədi

26 İyul 2017 22:14

FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

26 İyul 2017 22:12

Bakıda reyd keçirilib - VİDEO - FOTO

26 İyul 2017 22:05

Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz - MÖHTƏŞƏM KƏŞF

26 İyul 2017 22:05

"Neftçi" "Şalke" ilə oynadı

26 İyul 2017 22:05

“Neftçi” “Şalke”-yə uduzdu

26 İyul 2017 22:04