Ürək bulanmasına yaxşı təsir edən qidalar

Ürək bulanmasına yaxşı təsir edən qidalar
21:52 29 Noyabr 2016
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək bulanmasının bir çox fərqli səbəbi ola bilər, ancaq bu səbəblər arasında ən tez-tez görünənləri: miqren, nəqliyyat vasitələrinə minmək, haram spirtli içki istifadəsi, stress, həyəcan, vertigo (baş gicəllənməsi) və qida zəhərlənməsidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər ürək bulanması mütəmadi olaraq görülürsə və ortada konkret bir səbəb yoxdursa, əvvəlcə diaqnoz üçün həkimə getməlisiniz.
Müvəqqəti ürək bulanmasını yüngülləşdirmək üçün aşağıdakı qidalardan istifadə edə bilərsiniz:
- Zəncəfil: Ürək bulanmasını yüngülləşdirmək üçün gündə 2-3 stəkan zəncəfil çayı içə bilərsiniz. Çayı hazırlamaq üçün toz zəncəfil yerinə, təzə zəncəfil kəsiklərindən istifadə edilməsi tövsiyə edilir.
- Su: Maye itkisi mədədə problem yaradan digər bir amildir. Xüsusən, ürək bulanma yaşadığınız günlərdə içdiyiniz suyun miqdarına diqqət göstərin. Kofeinli içəcəklər və enerji içkiləri içməyin. Suyu bir anda içmək əvəzinə yavaş-yavaş için və suyun çox soyuq olmamasına diqqət edin.
- Nanə: Ürək bulanma zamanı 1-2 nanə yarpağı çeynəmək və ya nanə çayı içmək yaxşı təsir göstərir. Nanə mədəni rahatlaşdıraraq, ürək bulanmasının qısa müddətdə keçməsinə köməkçi olur.
- Alma: Alma, lifli quruluşu ilə ürək bulanması yol açan toksinlərin bədəndən atılmasını sürətləndirir. Əlbəttə, bir dəfədə 2-3 ədəd alma yemək ürək bulanmasını şiddətləndirər. Bu səbəbdən də, 1 alma dilimini yavaş-yavaş yeyin.
- Toyuq suyu: Toyuq suyu ürək bulanmasına da yaxşı təsir etdiyi üçün, onun bulyonundan bir miqdar içə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR