Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saatlıda 5 otaqlı ev yandı

Saatlıda 5 otaqlı ev yandı

Date: 29 November 2016 22:22

Saatlı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, yanğın Əlisoltanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 2 otağının qamışdan ibarət tavanı 80 m² sahədə və ev əşyaları qısmən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Milli.Az


Tags:  Saatlıda otaqlı ev yandı

RƏYLƏR


Top news