Soğanı kapron corabın içində saxlasanız... - DÜZGÜN ÜSULLAR

Soğanı kapron corabın içində saxlasanız... - DÜZGÜN ÜSULLAR
22:37 29 Noyabr 2016
259 Ölkə
Ölkə mətbuatı
A- A+

Mətbəxinizdə olan meyvə və tərəvəzləri uzun müddət saxlamaq istəyirsinizsə, onları düzgün qorumalısınız.

Milli.Az lent.az-a istinadən meyvə-tərəvəzlərin ömrünü uzatmağın bir neçə yolu ilə sizi tanış edir.

Kəsərək saxlamayın

Meyvə və tərəvəzləri istifadə etdiyiniz zaman kəsin. Əks təqdirdə daha tez xarab olacaq.

Göyərtiləri suya qoyun

Güllər və çiçəklər kimi təzə göyərtiləri uzun müddət istifadə etmək üçün suyla dolu bir qaba qoyun. Su onlar üçün həyat deməkdir.

Soğanları kapron corabın içində saxlayın

Soğanları uyğun şərtlər altında saxlasanız, 8 aya qədər istifadə edə bilərsiniz. Soğanları kapron corabın içinə qoyub ağzını bağlayın. Bu formada sığdıra biləcəyiniz qədər soğanı xarab olmadan saxlaya bilərsiniz.

Kartofları almalarla saxlayın

Kartofların daha uzun müddət təzə qalmasını istəyirsinizsə, almalarla birlikdə mühafizə edin. Onları kapron corablara qoyduğunuz soğanlardan uzaq saxlayın. Soğan kartofun korlanmasına səbəb olur.

Artıq qalan salatı kağız salfetin üzərinə qoyun

Artıq qalan salat üçün nəm ən böyük düşməndir. Nəmi minimuma endirmək üçün doğranmış salatın altına kağız salfet sərin və qabı streç sellofanla bağlayın. Lakin bu halda salatın içərisində pomidor kimi sulu tərəvəzlər olmamalıdır.

Göbələyi kağız qutuya qoyun

Göbələyi mühafizə edərkən nəmin içinə hopmasına mane olun. Şüşə və ya plastik qablar nəmin içinə hopmasına səbəb olur. Bunun üçün ən uyğun saxlama üsulu kağız qutudur.

Soyuducunu doldurmayın

Soyuducunu ağzınadək doldurmaq hava sirkulyasiyasına mane olur. Bu da qidaların tez xarab olmasına gətirib çıxarır.

Çürüyən meyvələri atın

Çürük bir meyvə bütün meyvələri xarab edə bilər. Çürümə ehtimalı olan meyvələri həmin an digərlərindən ayırın.

İsti və dumandan uzaq saxlayın

İsti və duman olan yerdə təzə qidaları saxlamayın. İsti və duman çürümə müddətini tezləşdirir. Buna görə də təzə meyvə və tərəvəzləri ocaqdan və sobadan uzaqda, soyuq bir mühitdə saxlayın.

Soyuducunu təmizləyin

Təmiz soyuducu təmiz qidalar deməkdir və təmiz qidalar daha uzun müddət təzə qalır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR