Anti-Rusiya saknsiyalarından Bakı vasitəsilə YAN KEÇİLİR

Anti-Rusiya saknsiyalarından Bakı vasitəsilə YAN KEÇİLİR
22:47 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Çex biznesmenləri anti-Rusiya sanksiyalarından yan keçmək üçün Azərbaycandan istifadə edirlər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Praqa teleqrafı" nəşri məlumat yayıb.

"Qadağanın tətbiq olunduğu iki il ərzində çex biznesmenləri Çex-Rusiya münasibətlərində "yeni normaya" uyğunlaşaraq anti-Rusiya sanksiyalarından yayınmaq üçün yeni üsullar tapmağı öyrəniblər. Nəticədə malların və xidmətlərin bəzi növləri yalnız nəzəriyyədə qadağa altındadır", - deyə nəşr yazır.

Məqalədə deyilir ki, çex şirkətlərinə ən böyük problemi ikiqat təyinatlı malların çatdırılması üzrə məhdudiyyətlər yaradırdı. Və sahibkarlar öz ixtiraçılıq qabiliyyətlərini məhz bu sahədə göstərirlər.

"Belə ki, qadağa rejimindən qurtulmaq üçün onlar sanksiyanın tətbiq olunmadığı Avropa İttifaqı xaricindəki ölkələrdən birində filial şəklində öz şirkətlərinin törəməsini yaradırlar. O cümlədən Azərbaycanda, Misirdə, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə və Braziliyada", - deyə məqalədə vurğulanır.

Nəşrin məlumatına görə, anti-Rusiya sanksiyalarından yayınmağın başqa yolu ixracın elə həmin ölkələr vasitəsilə yönləndirilməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/494284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR