Zülal tərkibli qidalar hansılardır?

Zülal tərkibli qidalar hansılardır?
22:52 29 Noyabr 2016
219 Ölkə
Ölkə mətbuatı
A- A+

Zülal, saç telindən dırnaqlara qədər, bütün hüceyrələrin əhəmiyyətli bir funksional və struktur hissəsidir.

Bədənin enerjisinin təxminən 10-15%-i, qidalar yoluyla alınan zülallardan gəlməkdədir. Xüsusilə uşaqlıq dövründə kifayət qədər zülal istehlakı etmək sağlam bir inkişaf üçün əhəmiyyətlidir. Yetkinlərdə isə, enerjinin yanında, hüceyrələrin təmini üçün də zülala ehtiyac vardır. (iyigelenyiyecekler.com)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, zülallar heyvan və bitki zülalları olaraq iki yerə bölünür.
Heyvanlardan alınan zülallar, bədənin ehtiyac duyduğu bütün amin turşularına sahibdir. Bu züllallar başda qırmızı ət olmaq üzrə, bütün ət məhsullarında mövcuddur.
Qırmızı ət və digər ət məhsulları daxil olmaq üzrə, çox az miqdarda ət istehlak edirsiniz və ya heç qəbul etmisinizsə, qidalanmağınıza zülal baxımından zəngin tərəvəzləri əlavə etməlisiniz.
İndi isə gəlin züllal ilə zəngin olan bəzi qidalarla tanış olaq:
- Balıq: 100 qramında 26 qram zülal olur. 1 qram zülal 4.5 kaloriyə bərabərdir.
- Pendir: 100 qramında 32 qram zülal tapılır. 1 qram zülal 4.7 kaloriyə bərabərdir.
- Azyağlı mal və ya dana əti: 100 qramında 36 qram zülal tapılır. 1 qram zülal 5.3 kaloriyə bərabərdir.
- Yumurta: 100 qramında 13 qram zülal tapılır. 1 qram zülal 12 kaloriyə bərabərdir.
- Qatıq: 100 qramında 6 qram zülal tapılır. 1 qram zülal 18 kaloriyə bərabərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR