Qurban Qurbanov: “Mütləq cəzalanacaq”

Qurban Qurbanov: “Mütləq cəzalanacaq”
22:54 29 Noyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

“Bizim üçün vacib oyun idi. Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən göstərdilər ki, qalib gəlmək istəyirlər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasını XIII turunun son matçında “Qarabağ” “Qəbələ”ni məğlub edib – 2:1.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Hesabda geri düşsək də, yekun nəticə xeyrimizə oldu. “Qəbələ” ilə münasibətlərimiz həmişə yaxşı olub. Bu komandaya, baş məşqçisinə hörmətimiz var”.

 

- Oyundan sonra rəqib futbolçulara qarşı qeyri-erik hərəkət edən Şahrudin Maqomedaliyevi cəzalandıracaqsızmı?

- Əgər elə hal olubsa, mütləq cəzalanacaq. Amma mən onu tanıdığım üçün deyirəm ki, ola bilsin, sevinmək hərəkəti olub. Lakin siz deyən kimidisə, bu, qeyri-etikdi və ona görə mütləq cəzalanacaq, Açığı, ondan elə hərəkət gözləmərəm.

 

- Qurban Qurbanov bugünkü hakimlikdən razı qaldı, ya narazı?

- Mən həmişə qeyd etmişəm ki, derbi oyunlarını idarə etmək asan deyil. Qəbələdə məğlub olduğumuz matçı da bu hakim idarə etmişdi. Ümumi narazılıq mən tərəfdən də oldu, rəqib tərəfdən də.

 

- Hiss olunur ki, yaş limitinə görə Premyer Liqada əvəzetmələrdə problemlə üzləşirsiz?

- Bu, bütün komandalarda hiss olunur. Buna bir tərəfdən öyrəşmişik, digər tərəfdən də çətindi ki, bir mövqeyə iki futbolçu olsun. Yaş limitinə görə Coşqun, Namiq, Mahiri oynadırıq, tam fərqli mövqelərdə çıxış edirlər. Amma düz qeyd etdiniz, hardasa problem yaradır, məşqçi daha çox düşünməli olur.

 

- Oyun planlaşdırdığınız kimi getdimi?

- İlk hissəni pressinqlə başlamaq, rəqibi topsuz qoymaq istəyirdik. İkinci hissənin əvvəlində o tempi saxlaya bilmədik. “Qəbələ” 15 dəqiqəlik istirahətdən sonra daha da aktivləşdi. Sonra öz səhvimizdən qol buraxdıq. Amma ümumilikdə futbolçularımdan razı qaldım.

 

- Görsəydiz ki, hesabda üstünsüz, Almeydaya deyərdiz ki, penaltini kənara vursun?

- Bir halda ki, orda penaltinin olub-olmadığını heç kim bilmir, mən hardan bilim. “İnter”lə oyunda epizod mənim gözümün qarşısında olmuşdu, ona görə demişdim ki, vurma. Burda isə epizod uzaq idi.

 

- Arif Daşdəmirova bu gün şans verməməyiniz nə ilə bağlı idi?

- Əgər hansısa səhvə görə dəyişiklik etməli olsaydım, “Slovan”la matçda müdafiəçilərin dördünü də dəyişərdim. Həmin görüşdə Maksimin də, Bədavinin də səhvi oldu. Lazım olsa, sabah Maksimi yenə mərkəzdə oynada bilərik. Sadəcə, bu gün rəqibin çox sürətli hücumları olurdu, Arifə şans verməməyim “Slovan”la matçdakı çıxışına görə deyili.

 

- Elvin Yunuszadəyə “Fiorentina” ilə görüşdə də şans verəcəksizmi?

- Hələ o oyuna çox vaxt var. Rəşad Sadıqov fərdi məşqlərə başlayıb. Maksimin, Miçelin oynamaması, Rəşadın zədəli olması bizə istər-istəməz problem yaradacaq. Zədədən sonra bəzən elə hal olur ki, bir həftəlik müalicədən sonra orqanizmdə dəyişiklik olur. Sadəcə, dizdə alınan zədə riskli olur. 5-6 gün gözləyək, görək necə olacaq? Rəşadın “Fiorentina” ilə matçda oynamaq ehtimalı var.

 

- Qara Qarayevin ehtiyatda oturmaq səbəbi nə idi?

- Elə bir səbəb yox idi. Bu gün belə hehyət buraxmaq istədim, sabah Qara yenidən meydanda ola bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR