Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üşümənin səbəbləri

Üşümənin səbəbləri

Date: 29 November 2016 23:22

Bütün canlılar istiyə və soyuğa qarşı çox həssasdırlar. Bu həssaslıq ən çox insanlarda və əsasən də qış aylarında özünü biruzə verir. Bu səbəbdən də insanlar istidən çox soyuqdan şikayət edirlər. Buna görə bəzi insanlar üşümələrini müxtəlif qidalarla dəf etməyə çalışırlar.
İnsanların bir qismi soyuq havalara qarşı davamlı olsalarda, bir çoxları soyuq havalarda üşüdüklərindən daima şikayət edirlər. Milli.Az immunitet.az-a istinadən bildirir ki, bəs üşümənin səbəbləri nələrdir? İsti bölgədə yaşayan birinin soyuq yerə getdiyində üşüməsi təbii sayılır. Amma yaşayış yerini dəişmədən soyuq havada üşümənin bir-çox səbəbləri var:
1. İnsanın dərialtı piy təbəqəsində olan yağlar onun orqanizmini soyuğa qarşı davamlı edir. Əgər piy toxuması bütün dərialtında yayılmışsa, bu zaman üşümə hissi az olur. Əgər piylənmə orqanizmin hansısa bölgəsində olarsa, o zaman üşümə hissəvi olur.
2. İnsanın qəbul etdiyi qidalardan asılı olaraq orqanizminin turşuluq dərəcəsi olur. Orqanizmin turşuluğu onun qeyri-sağlam qidalanmasından asılı olaraq dəyişə bilir. Qanın turşuluq miqdarı artdıqda orqanizmin soyuğa qarşı davamlılığı azalır.
3. Əzələ toxuması insan orqanizminin üşüməyə qarşı olan dözümlülüyünü birdirən bir orqandır. Bu səbəbdən də əzələ toxuması iri olan adamlarda üşümə hissi çox az olur. Çünki əzələlər soyuğun daxili orqanlara keçməsinin qarşısını müəyyən qədər alır. Məsələn, soyuq havada iri əzələ kütləsinə malik adamlar soyuq suya girə bilərlər, amma eyni hərəkət əzələsi olmayan adamlarda ağır xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər.
4. Dəridə tüklərin olmaması insanın üşüməsinə səbəb olan amillərdən biri hesab edilir.
5. İnsanların üşüməsinin səbəblərindən biri də qanazlığıdır. Qanı az olan adamlar soyuğa davamsız olurlar.
6. Üşümənin digər səbəblərindən biri isə uşaq yaşlarından valideyinlərin öz övladlarını qalın geyindirərək onları soyuğa alışdırmamasıdır.
7. Sintetik və dar paltarlar da insanın üşüməsinə səbəb olan amillərdən biridir.
Milli.Az


Tags:  Üşümənin səbəbləri

RƏYLƏR


Top news