Kişilər bu qidaları mütləq yesinlər - SİYAHI

Kişilər bu qidaları mütləq yesinlər - SİYAHI
23:37 29 Noyabr 2016
176 Ölkə
Ölkə mətbuatı
A- A+

İngilis alim Rob Hobson kişilərin qidalanması ilə bağlı araşdırma aparıb. Mütəxəssisin tədqiqatının məqsədi kişilərin sağlamlığı və cinsi gücünün artırılması olub. R. Hobson kişilərin mütləq yeməsi lazım olan 9 qidanı açıqlayıb.

Milli.Az lent.az-a istinadən həmin qidalarla sizi tanış edir.

Qırmızı ət: Bədən müqavimətini artırır, infeksiyadan sonra yaxşılaşmağı sürətləndirir.

Qırmızı bibər, pomidor: Tərkibində bol olan C vitamini immunitet sistemini gücləndirir, kalium isə infarkt riskini azaldır. Eyni zamanda, sperma keyfiyyətini artırır.

Yağlı balıqlar: Somon və ton balığı sağlam yağlarla zəngindir, ürək xəstəlikləri riskini artıran qan təzyiqi və xolesterolun düşməsinə kömək edir.

Fındıq: Maqnezium, E və B vitamini ilə zəngini olan fındıq ürək sağlamlığını qoruyur.

Qabıqlı dəniz məhsulları: Sink baxımından zəngin olan bu qidalar saç tökülməsinin qarşısını almaq üçün təsirlidir.

Lobya: Liflə zəngin bu qida diabet və ürək xəstəliklərinə qarşı qoruyucu vəzifə yerinə yetirir.

Yumurta: Xərçəngin qarşısını almaq təsiri çox yüksəkdir.

Yulaf: Diabet və ürək xəstəlikləri riskini azaldır, qan şəkərini tənzimləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR