“Dünənki uşaq gəlib bu gün əxlaqsızlıq edir” – Rəşad Sadiqov

“Dünənki uşaq gəlib bu gün əxlaqsızlıq edir” – Rəşad Sadiqov
23:47 29 Noyabr 2016
172 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"la oyundan sonra "Qəbələ"nin kapitanı Rəşad Sadiqov sualları cavablandırıb.

- Qalib gəldiyiniz oyunu son dəqiqələrdə əldən verdiniz. Hesabı qorumağa nə mane oldu?

- Hər şey göz qabağında baş verdi. İki lider, iddialı komanda qarşılaşdı. Oyunun belə dramatik şəkildə yekunlaşacağını heç kim gözləmirdi. Məncə, hakim hər şeyi korladı.

- Əsas narazı qaldığınız məqamlar hansılardı?

- Belə penalti verməzlər. Təsəvvür edin, baş hakim penalti təyin etdikdən sonra köməkçisindən topun futbolçunun harasına dəydiyini soruşur. Görməmisən, vermə. Futbolçu da ağzını göstərdi ki, top dəyib, qanadıb. Heç nə dəyişmədi. Nə qədər ki belə olacaq, heç nə dəyişən deyil.

- Sizcə, bu, səhvdi, yoxsa qərəz?

- Bu cür səhv olmur. Nə oldu, bütün səhvlər bizim qapıya doğru olur.

- İkinci qoldan sonra "Qarabağ"ın ehtiyat qapıçısı Şahruddinlə mübahisəniz düşdü...

- Qolu vurmusuz, gedin, kənarda sevinin. Bizə tərəf dönüb ədəbsiz jestlər edir. Mən də ona yaxınlaşıb dedim ki, bu nə hərəkətdi. Ağzına gələni danışdı. Yüngülcə itələdim. Dünənki uşaq gəlib bu gün əxlaqsızlıq edir. Oynamadığın halda rəqibə niyə acıq verirsən?

- Avroliqa və çempionat oyunu var. Hazırlaşmaq olacaqmı?

- İndi onları düşünmürük. 3-4 gün lazımdır ki, komanda özünə gəlsin. Nə edəcəyimiz bəlli deyil. Bu cür oyundan sonra çempionluq əldən gedir. Belə penalti vermək olmaz. Ötən il Qəbələdə, indi də burda. Gülməli penaltilər niyə bizim qapımıza verilir?

- İkinci qol zamanı nə baş verdi?

- Nə deyim ee? Baş hakim nə istəyir, onu da edir. Qoldan sonra mübahisələr də oldu. Sadəcə, referi oyunun ipini əldən verdi. Adam belə penaltidən sonra heç oynamaq istəmir.

- Deyəsən, hakim oyunu bitirmədi. Çünki siz mərkəzdən topu oyuna daxil etmədiniz...

- Bu da hakimin səhvidi. Oyunun ipini buraxıb. Səhvlər ardıcıl gəlirdi. Özü də bilmədi nə etdiyini.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR