Lənkəranskinin adamı azadlıqda

Lənkəranskinin adamı azadlıqda
23:47 29 Noyabr 2016
978 Ölkə
Ölkə mətbuatı
A- A+

Kriminal aləmdə "Hacı Beyləqanski" kimi tanınan "qanuni oğru" Hacıbaba Talıbxanlı Türkiyədə azadlığa buraxılıb.

Milli.Az salamnews-a istinadən bildirir ki, azadlığa çıxan "qanuni oğru"nun görüşünə bir çox kriminal avtoritetlər gəliblər.

R.Lənkəranskinin ölümündən sonra onun tərəfdarları ilə digər "qanuni oğrular" arasında ədavət daha da artıb. Belə ki, R.Lənkəranskinin nəzarətində olan bazarları, obyektləri ələ keçirmək uğrunda mübarizə güclənib.

Xatırladaq ki, Rövşən Canıyevin sağ əli sayılan Hacı Beyləqanski R.Lənkəranskinin qətlində şübhəli bilinərək Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

H.Beyləqanski son illər R.Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunurdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR