“Burnu qanadı, üzü-gözü qan içində idi” - QALMAQAL - FOTO

“Burnu qanadı, üzü-gözü qan içində idi” - QALMAQAL - FOTO
23:52 29 Noyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində baş tutan "Qarabağ" - "Qəbələ" matçı qalmaqalla yekunlaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüşə əlavə edilmiş 5-ci dəqiqədə Dino Ndlovunun vurduğu qoldan sonra aləm qarışıb.
Baş hakim Rəhim Həsənovun final fiti ilə birlikdə isə insident lap alovlanıb. Belə ki, qonaq komandanın rəsmiləri baş hakimə sərt şəkildə etiraz ediblər.
 
Xüsusilə də 87-ci dəqiqədə "Qəbələ"nin qapısına təyin olunan penalti epizodu ilə bağlı etiraz edən qonaqların əsas hədəfi görüşün baş hakimi Rəhim Həsənov olub.
 
PFL prezidenti Ramin Musayev də qalmaqal bölgəsinə gəlib və hakimlər otağına girib. Ordan çıxışda isə "Qəbələ"nin futbolçularından biri ona yaxınlaşaraq öz etirazını bildirib: "Ramin müəllim, biz onsuz da bilirik ki, bu iki komanda Azərbaycanda ən güclülərdi. Ancaq imkan verin ki, kim daha yaxşıdı o qalib gəlsin. Axı orda penaltidən söhbət gedə bilməzdi. Top oyunçunun üzünə dəydi, burnu qanadı, üzü-gözü qan içində idi".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR