Dünyanın ən dəhşətli təyyarə qəzaları - VİDEO

Dünyanın ən dəhşətli təyyarə qəzaları - VİDEO
23:53 29 Noyabr 2016
215 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Braziliyadan Kolumbiyaya uçan “RJ85” tipli sərnişin təyyarəsi Kolumbiya səmasında qəzaya uğradı. “LAMIA” hava yolları şirkətinə məxsus təyyarənin göyərtəsində 72 sərnişin və 9 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 75 nəfər ölüb. Təyyarə qəzası dünyada baş verən ən dəhşətli təyyarə qəzalarını yada salıb.

Publika.az dünyanın ən dəhşətli qəzalarını təqdim edir.

1. 11 sentyabr 2001-ci il, Nyu-York, ABŞ

Bu aviaqəza bütün dünyanı şoka saldı. İki Boeing-767 terrorçular tərəfindən qaçırılaraq Nyu-Yorkdakı əkiz qüllələrə çırpılıb. Göyərtədə ümumilikdə 137 sərnişinin olmasına baxmayaraq hadisənin qurbanlarının sayı 3 minə çatdı. Hər iki bina yerlə yeksan oldu, dağıntılar altında minlərlə insan qaldı. Bu, insan itkisinə görə, ən genişmiqyaslı təyyarə faciəsi idi.

2. 27 mart 1977-ci il, Tenerife, Kanar adaları

Həmin gün Tenerife şəhər aeroportunda qəza qeydə alındı. Qəza səmada deyil, quruda baş verdi. İki Boeing-747-nin toqquşması zamanı 583 nəfər öldü. Dispetçer komandasının anlaşılmazlığı ucbatından pilotlara səhv komanda verilir. Şəhərin başqa hava limanında- Las-palmas aeroportunda baş verən partlayışa görə bütün təyyarələr bu aeroporta yönləndirilir. Çoxlu sayda gözləyən və eniş edən təyyarələr var idi. Yanlış qərar nəticəsində 2 təyyarə bir-birinə çırpılır.

3. 12 avqust 1985-ci il, Tokio, Yaponiya

Yenə də Boeing-747. Bu qəza insan qurbanlarının sayına görə digərlərindən çox da fərqlənmir. Həmin gün "Japan Airlines" şirkətinə məxsus təyyarə Tokio yaxınlığında qəzaya uğrayır. Cəmi 4 nəfər sağ qaldı-aviakompaniyanın 1 xanım əməkdaşı, 1 qadın uşağı ilə və ağaca ilişib qalan daha 1 qız uşağı. Havaya qalxan təyyarənin gövdəsində yaranan çat nəticəsində uçuşdan 12 dəqiqə sonra laynerdə texniki nasazlıqlar yarandı, salonda təzyiq aşağı düşdü. Pilot idarəetməni itirdi və təyyarə 4100 metr hündürlükdən sürətlə aşağıya düşməyə başladı. Layner dağ yamacına çırpılır və dərhal yanğın başlayır. Relyef xilasedicilərin işini çətinləşdirirdi, onlar hadisə yerinə 14 saatdan sonra gəib çıxa bildilər. Təhqiqatdan belə aydın olur ki, 1978-ci il iyunun 2-si eniş edərkən təyyarənin quyruğu zolağa dəyib. Təmir işləri keyfiyyətlə aparılmadığından 7 il sonra bu cür qəzaya gətirib çıxardı.

4. 8 yanvar 1996-cı il, Kinşasa, Zair (indiki Konqo)

N’Dolo aerodromundan Rusiya təyyarəsi havaya qalxmağa hazırlaşırdı. Bədbəxt hadisə üçün heç bir səbəb yox idi. Amma nədənsə An-32 təyyarəsinin havaya qalxmaq cəhdi baş tutmadı. Şəhərin mərkəzində yerləşən aeroportun yaxınlığında bazar var idi və təyyarə insanların çox olduğu həmin bazara çırpıldı. Sonradan məlum oldu ki, təyyarə həddindən artıq yüklənmişdi və səmaya qalxa bilməməsinin səbəbi də yükün ağır olması idi. Hadisə zamanı 350 nəfər öldü, 450-si yaralandı. Yarım illik təhqiqatın nəticəsi olaraq hər iki pilot qətldə günahkar bilinərək həbs edildi.

5. 12 noyabr 1996-cı il, Çarxi Dadri, Hindistan

Həmin gün ilk dəfə olaraq səmada iki təyyarə toqquşdu. Qazaxıstana məxsus İl-76TD Çimkənddən Hindistanın paytaxtı Dehliyə uçurdu. 10 ekipaj üzvündən başqa göyərtədə 27 sərnişin var idi. Dehlidən isə Boeing-747 təyyarəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə istiqamət götürmüşdü. Göyərtədə 321 sərnişin var idi, onların əksəriyyəti Ərəbistana işləməyə gedən hindlilər idi. İl-76 anidən bir az aşağıya enərək Boeing ilə eyni hündürlükdə uçmağa başlayır. Dehlidən 75 km aralıda 500 km/s sürətlə hərəkət edən təyyarələr bir-birinə çırpılır. Zərbənin təsiri avtomobillərin bir-birinə çırpılmasından 700 dəfə güclü idi. 500 tondan artıq yanan metal yerə düşdü, laynerlərin qalıqları 8 km radiusda səpələndi. Hər iki təyyarədə olanların hamısı öldü. Qəza yerinə xilasedicilərdən əvvəl soyğunçular gəldi, onlar ələ keçirilməsi mümkün olan əşyaları oğurladılar. Xilasedicilər heç bir cəsədin kimliyini müəyyənlişdirə bilmədi. İnsidentə görə qazaxıstanlı pilotun günahkar olduğu deyildi.

6. 3 mart 1974-cü il, Paris, Fransa

Paris yaxınlığındakı qəzada bütün təyyarədəkilərin hamısı öldü, 546 nəfərdən biri də sağ çıxmadı. Türk Hava Yollarına məxsus aerobus Ankara-İstanbul-Paris-London reysini həyata keçirirdi. Fransa paytaxtında təyyarəyə çoxlu sayda reqbi həvəskarları mindi. Amma hamı təyyarənin yük yerinin möhkəm bağlanmadığından xəbərsiz idi. Havaya qalxdıqdan yarım saat sonra qəflətən yük yeri açılır, nəticədə təzyiq fərqi yarandığından bir neçə kreslo sərnişin qarışıq yerindən qopub uçur. Hava gəmisinin idarəetmə mexanizmi də sıradan çıxır. Nasazlıq yaranandan 77 saniyə sonra təyyarə Parisdən 37 km aralıda böyük sürətlə dağa çırpıldı. Zərbə o qədər güclü idi ki, təyyarənin nə özündən, nə də sərnişinlərdən əsər-əlamət qalmadı. Hadisəyə görə göyərtə mühəndisi məsuliyyət daşıdı, o, uçuşdan əvvəl yük yerinin qapısını yoxlamalı idi. Qapanma mexanizmində də texniki nasazlıqlar var idi. Hadisə 1974-cü ildə baş verib, o zaman təyyarələrdə qapanma mexanizmi hələ təkmilləşdirilməmişdi. Hündürlükdə təyyarədə bir açarın sınması yüzlərlə insanın ölümü üçün kifayət idi.

7. 23 iyun 1985-ci il, Atlantik okeanı

Bu, su üzərində ən irimiqyaslı avia qəzadır. İrlandiya sahillərində, daha dəqiq Atlantik okeanı üzərində Boeing-747-nin parça-parça olması indiyə qədər mübahisəli məsələdir. Layner Monreal-London-Dehli-Bombey reysini həyata keçirirdi. 9400 metr hündürlükdə təyyarədə partlayış səsi eşidildi və qalıqları Atlantik okeanına düşdü. 329 nəfər həlak oldu. 20 il davam edən təhqiqat işlərinə 130 milyon Kanada dolları xərcləndi. Kanada hökuməti hadisəyə görə hind ekstremistlərinin məsuliyyət daşıdığını müəyyənləşdirdi. Bazası Şimali Amerikada yerləşən sikx hərbi qruplaşmasının baqaja bomba yerləşdirdiyi məlum oldu. Hindistanda yaşayan bu milli azlıq o zamanlar müstəqillik uğrunda mübarizə aparırdı və terror aktı ilə diqqəti özlərinə cəlb etmək istədilər. Hərçənd təhlükəsizlik xidmətinin əməkdaşları hazırlanan terror aktından öncədən xəbərdar idilər, çünki partlayıcı vasitə təyyarənin göyərtəsinə sərnişinlərdən birinin çantasında keçirilib və aeroport əməkdaşları buna göz yumub. Partlayış sahildən 190 km aralıda baş verib. Ölənlərin aldıqları bədən xəsarətlərindən müəyyənləşdirmək mümkün oldu ki, təyyarə partladılıb. Lakin bu günə qədər sikx qruplaşması iddia edir ki, bu qəzada onların əli yoxdur, partlayışı ABŞ xüsusi xidmət orqanları törədib ki, sikxlərə dünyada etimad azalsın.

8. 19 avqust 1980-ci il, Ər-Riyad, Səudiyyə Ərəbistanı

Bu qəza təkcə ölənlərin sayına görə dəhşətli sayılmır, həm də ona görə tükürpədicidir ki, sərnişinlər xilas olmağın bir addımlığında idilər. Təyyarə Pakistanın Kəraçi şəhərinə istiqamət almışdı, ancaq göyərtədə meydana gələn tüstü ucbatından o, havaya qalxdığı məntəqəyə - Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə qayıtmalı oldu. Pilotlar uğurlu eniş etdilər, onu aeroportun uçuş zolağına sürdülər, hətta təyyarəni saxladılar. Mühərriklər hələ söndürülməmişdi. Amma 3 dəqiqədən sonra təyyarə alışıb yanmağa başlayır. Hava gəmisi yerdə olduğu halda sərnişinlər köməksiz vəziyyətdə yanıb ölürlər. 301 nəfərin heç biri sağ çıxmır.

9. 3 iyul 1988-ci il, Fars körfəzi

Fars körfəzi səmasında baş verən qəzanın səbəbkarı nə pilotdur, nə də texniki nasazlıq. İran Hava Yollarına məxsus Airbus A300 sərnişin təyyarəsi hərbiçilər tərəfindən vuruldu. Reysin müddəti qısa idi, 28 dəqiqəyə Dubaya çatmalı idi. Həmin il Fars körfəzində ABŞ hərbi-dəniz kreyseri keşik çəkirdi. O, İran-İraq müharibəsi zamanı Küveyt nəqliyyatını mühafizə edirdi. Amerika hökumətinin açıqlamasına görə, kreyser aerobusunu hərbi döyüş təyyarəsi zənn edib. 20 km məsafədən təyyarəyə 2 raket buraxılıb və hədəfə dəyib. Amerikanlar hadisəni hərbi insident kimi qiymətləndirdi və buna görə heç kəs cəzalandırılmadı. Qəza nəticəsində 290 nəfər həyatını itirdi, onlardan 66-sı uşaq, 16-sı ekipaj üzvü idi. İran hökuməti hesab edir ki, neytral su hövzələrində təyyarəyə hücum cinayət hesab olunur. Yalnız 8 ildən sonra ABŞ tərəfi rəsmi Tehranın mövqeyi ilə razılaşaraq 62 milyon dollar ödəyir, ancaq bunu kompensasiya kimi deyil, könüllü jest olaraq verdiyini deyir.

10. 1 iyul 2002-ci il, Uberlinqen, Almaniya

Almaniyadakı bu qəza digərlərindən fərqlənir. Burda diqqət çəkən məqam ölənlərin sayı deyil, onların yaş həddidir. Rusiyaya məxsus TU-154 ilə Almaniya şirkətinə məxsus Boeing-757 yük təyyarəsinin toqquşması zamanı ölənlərin əksəriyyəti uşaqlar idi. Dispetçer cihazında baş verən nasazlıq pilotları çaşdırdı. Hər iki təyyarənin ekipajı toqquşmadan qaçmağa çalışsalar da, dispetçerdən düzgün və vaxtında məlumatın daxil olmaması səbəbindən yanlış qərar verdilər. Qəzada həyat yoldaşı və övladını itirən bir şəxs hadisədən 2 il sonra həmin dispetçeri qətlə yetirdi. Cinayət affekt vəziyyətində olarkən törədildiyindən ona nəzərdə tutulduğu kimi 24 il deyil, 8 il cəza verildi. Ölənlərin əksəriyyəti qəzanın baş verdiyi yerin yaxınlığında dəfn olunub, onların xatirəsinə memorial inşa edilib. Ancaq heç bir kompensasiya və ya kiminsə cəzalandırılması uşaqları qaytara bilməz.

11. 10 aprel 2010-cu il, Smolensk, Rusiya

Smolensk səmasında qəza cəmi 4 il əvvəl baş verib, hadisənin səbəbləri də məlumdur. Aprelin 10-u 2010-ci ildə Smolenskdə Polşa Hərbi-hava Qüvvələrinə məxsus TU-154 təyyarəsi qəzaya uğrayıb. 96 nəfər həyatını itirdi. Faciə bütün dünyanı lərzəyə saldı, axı laynerin göyərtəsində Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı, ordunun öndə gedən hərbiçiləri, siyasətçilər, görkəmli dövlət və din xadimləri var idi. Bir anda ölkə "yiyəsiz" qaldı. Polşada 1 həftə matəm elan olundu. Təyyarə güclü duman şəraitində uçurdu, ekipaja isə bu barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. TU-154 ağaca ilişdi, fırlandı və havada parçalanmağa başladı. Rusiya tərəfi qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini deyir. Lakin Polşa hökuməti iddia edir ki, əlverişsiz hava şəraitində rusiyalı dispetçerlər təyyarəni yerə enməyə məcbur etdilər.

12. 17 iyul 2014-cü il, Ukrayna

Ən dəhşətli təyyarə qəzalarından biri. İyulun 17-si Ukrayna səmasında Malayziya Hava Yollarına məxsus Boeing-777 təyyarəsi vurulur. Niderlandın paytaxtı Amsterdamdan Malayziyanın Kuala-Lumpur şəhərinə uçan sərnişin təyyarəsi Donetsk yaxınlığında separatçılar tərəfindən vurulur. Göyərtədə olan 298 nəfərin hamısı ölür. Daha çox siyasi xarakter daşıyan bu insident dünya liderlərini də şoka salır. Rəsmi Kiyev təyyarənin Rusiyanın himayəsi ilə qiyamçıların vurduğunu deyir, çünki laynerin raket-zenit kompleksi ilə hədəfə alınması həmin qüvvələrin arxasında güclü dövlətin dayanmasından xəbər verir. Ukrayna Təhlükəsizlik Xidməti Malayziyaya məxsus "Boeing 777"-in Rusiyanın "BUK-M" zenit-raket kompleksi vasitəsi ilə vurulduğu barədə məlumat yayır. Rusiya tərəfi isə Ukraynanı ittiham edərək ölkəsinin hava məkanında baş verən istənilən hadisəyə görə Kiyevin məsuliyyət daşıdığını deyir. Təyyarənin qara qutusu Malayziya tərəfinə təhvil verilib, təhqiqat davam edir.

13. 31 oktyabr 2015-ci il, Sinay yarımadası

Şarm-əl-Şeyxdən qalxan Rusiya təyyarəsi 2015-ci il oktyabrın 31-də Sinay yarımadası üzərində qəzaya uğrayır. Təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olur. Hadisəyə görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Qəzanı araşdıran Rusiya tərəfi də qəzanın səbəbi olaraq terror versiyasını təsdiqləyib.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yol polisindən sürücülərə MÜRACİƏT: bu işıq lampaları təhlükəlidir

18 Avqust 2017 13:09

Türkiyəyə qarşı XAİN PLAN: Gizli danışıqların detalları MƏLUM OLDU

18 Avqust 2017 13:08

Baş konsulluqda YANĞIN

18 Avqust 2017 13:07

Yunanıstanın İstanbuldakı baş konsulluğunun binasında yanğın olub

18 Avqust 2017 12:57

Yaşadığınız ərazidə sahibsiz itlər varsa, bu nömrəyə ZƏNG EDİN

18 Avqust 2017 12:53

Kosta-Rikanın müvəqqəti işlər vəkili: "Bakıda özümü evdəki kimi hiss edirəm"

18 Avqust 2017 12:52

Şahinləri qanunsuz saxlayan şəxs cərimələndi

18 Avqust 2017 12:49

Bakıda 35, rayonlarda 37 dərəcə isti olacaq

18 Avqust 2017 12:48

“Top ulduzlar” realiti şousunda nələr yaşandı? - FOTOREPORTAJ

18 Avqust 2017 12:48

"Səbail"in legioneri Azərbaycanı təriflədi

18 Avqust 2017 12:47

Avtomobil oğurlayan yeniyetmələr saxlanılıb

18 Avqust 2017 12:45

Kənan MM-dən həyat yoldaşına JEST: “Bir könül sındırmışam” – VİDEO

18 Avqust 2017 12:43

SOCAR prezidenti Etilen-Polietilen Zavodundakı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub

18 Avqust 2017 12:42

Yağmursuz, şimal-şərq küləyi əsəcək

18 Avqust 2017 12:42

37 yaşlı kişi həmkəndlisini baltaladı - Qubada

18 Avqust 2017 12:39

Qırğızıstan DMTK: Ölkədə terror hücumları təşkil etməyə çalışırlar

18 Avqust 2017 12:37

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

18 Avqust 2017 12:37

Ukrayna universitetlərində təhsil imkanı

18 Avqust 2017 12:37

Pedalların əvəzinə "Go" və "Stop now" düymələrinə malik avtomobil patentlənib

18 Avqust 2017 12:35

“Samsung” 10 mindən çox akkumulyatoru geri çağırıb

18 Avqust 2017 12:35

Şənbə günü hava necə olacaq? - PROQNOZ

18 Avqust 2017 12:34

“Bu, Qarabağda gec-tez baş verəcək” - Moskvanın planı erməniləri ŞOKA SALDI

18 Avqust 2017 12:33

Sumqayıtda qadının çantasını soyğunçuluq yolu ilə alan şəxs hadisə yerində tutulub

18 Avqust 2017 12:32

Bakıda “Qırmızı kitabı”a daxil edilən şahin quşları saxlayan şəxs cərimələnib

18 Avqust 2017 12:27

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

18 Avqust 2017 12:27

Barselona terroru haqqında yeni TƏFƏRRÜATLAR

18 Avqust 2017 12:23

NÖMRƏLƏR: Azərbaycanda oğurlanan 2628 avtomobil

18 Avqust 2017 12:20

Evdə sevgilisi ilə yaxalanan qızdan atasına qarşı İNANILMAZ HƏRƏKƏT - VİDEO

18 Avqust 2017 12:18

Adrina Lima yeni FOTOLARI İLƏ HƏYƏCANLANDIRDI

18 Avqust 2017 12:18

Avtomobil qaçıran yeniyetmələr ələ keçdi

18 Avqust 2017 12:14

İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

18 Avqust 2017 12:12

DİN Göygöldə iki qadının qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayıb

18 Avqust 2017 12:07

Əflatun Amaşov "Turan"dakı yoxlamadan yazdı: "Yaradıcılıq dəst-xətti nəzərə çarpmır"

18 Avqust 2017 12:03

"Qamburger kabusu" uşağı bu hala saldı

18 Avqust 2017 12:00

Müəllim olmaq istəyən 5225 namizəd müsahibəyə buraxılıb

18 Avqust 2017 11:59

Xaçmazda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb

18 Avqust 2017 11:57

İrana səfər edən azərbaycanlıların sayı məlum olub

18 Avqust 2017 11:57

"Pobeda" aviaşirkəti Bakıya aviareysləri bərpa etməyəcək

18 Avqust 2017 11:57

Küçələrdə gəzən sahibsiz ölüm: quduz itlər həyati təhlükəyə çevrildi - RƏQƏMLƏR, QORUNMA YOLLARI

18 Avqust 2017 11:49

"Çelsi"nin ŞOK TRANSFER SİYAHISI

18 Avqust 2017 11:48

"Fənər" Makedoniyada söndü, "Milan" evdə coşdu - AVROLİQA

18 Avqust 2017 11:47

Ağacda yaşayan qəbilə: Paltar geyinmirlər və...

18 Avqust 2017 11:44

5 yaşlı Zeynəbi quduzluqdan niyə xilas etmək olmadı? - NAZİRLİKDƏN AÇIQLAMA

18 Avqust 2017 11:43

Azərbaycan komandası beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək

18 Avqust 2017 11:42

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb

18 Avqust 2017 11:42

Mahirin atası: "Kömək olduğum məşhurlar zəng etmədi"

18 Avqust 2017 11:37

Şöbə müdiri: "Bu il Azərbaycanda 6500 insanı heyvan dişləyib"

18 Avqust 2017 11:37

Son iki ildə kibercinayətlərın sayı təxminən iki dəfə artıb

18 Avqust 2017 11:35

Sumqayıtda küçə itləri zərərsizləşdirilir - ƏMƏLİYYAT BAŞLADI

18 Avqust 2017 11:34

Çətənə topladı, sonra qətlə yetirildi

18 Avqust 2017 11:33