Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskva bazarında azərbaycanlılar və mühafizəçilər arasında kütləvi dava

Moskva bazarında azərbaycanlılar və mühafizəçilər arasında kütləvi dava

Date: 30 November 2016 00:14

Moskvanın Çeremuşki bazarında azərbaycanlı ticarətçilər və mühafizəçilər arasında soyuq və pnevmatik silahdan istifadə edilməklə kütləvi dava baş verib.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki nəfər xəsarət alıb.

 

“Axşam saatlarında bazar sahibinin göstərişi ilə özəl mühafizə şirkətinin əməkdaşları əksəriyyəti Azərbaycandan olan onlarla ticarətçini obyektin ərazisindən uzaqlaşdırmağa cəhd edərkən aktiv müqavimətlə üzləşiblər”, - deyə polisdən bildirilib.  

 

Mənbə kütləvi dava zamanı ticarətçilərin soyuq silahdan istifadə etdiyini bildirib: “Özəl mühafizə şirkətinin əməkdaşları, buna cavab olaraq, travmatik silahdan istifadə ediblər. Nəticədə iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər”.

 

Hadisə yerində polis əməkdaşları araşdırma aparır.  

 

İnsidentin iştirakçıları saxlanılıb. 


Tags:  Moskva bazarında azərbaycanlılar mühafizəçilər arasında kütləvi dava


RƏYLƏR


Top news