Nataliya Oreiro: "Rusiyada ev almağı düşünürəm"

Nataliya Oreiro: "Rusiyada ev almağı düşünürəm"
00:46 30 Noyabr 2016
123 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni və aktrisa Nataliya Oreiro Rusiya haqqında maraqlı müsahibə verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni dekabrın 7-də Rusiyada konsert proqramı ilə çıxış edəcək. Adıçəkilən ölkəyə getməmişdən qabaq isə Nataliya oraya aşiq olduğunu bildirib.

Necənci dəfədir Rusiyaya gəlirsiniz?

- Bilmirəm, 8. 9.... sayı itirmişəm. Sevirəm orada konsert verməyi, ümumiyyətlə, o ölkədə olmağı. Sanki mənə Rusiyaya dartan bir qüvvə var. Mənim bu ölkədə çoxlu fanatlarım var. Onlar məni "Vəhşi mələk" serialından seviblər.

Həmin fanatlardan aldığınız hədiyyələrdən hansı sizin üçün daha yadda qalan olub?

- Çox hədiiyə almışam. Amma birini unutmaram. Mənim heykəlimi düzəltmişdi. Elə bil, özüm idim.

Bilisiniz ki, Rusiyada "Bizim Nataşa" adlı sənədli film çəkilib?

- Bilirəm. Amma bu qədər sevginin haradan qaynaqlandığını anlamıram.

Deyirdiniz, oğlunuz da Rusiyanı sevir?

- Bəli. Merlin rus nağılları ilə böyüyür. Mən ona Rusiyadan hədiyyə aparanda bağçaya aparır və dostlarına sevinclə deyir ki, bunu anam Rusiyadan gətirib.

Həyat yoldaşınız sizin tez-tez bu ölkəyə gəlməyinizə heç nə demir? Ümumiyyətlə, 15 ildir ailəlisiniz, necə qorumusunuz ailənizi?

- Xeyr, heç nə demir. Əksinə. Rikardo da musiqiçidir. Yeri gəlmişkən, bu dəfə Merlin də, Rikardo da mənimlə olacaqlar. Oğlum Rusiyaya gedəcəyini eşidəndən sevinir. Ailəni qorumaq üçün isə onu sevmək lazımdır. Heç vaxt düşünməyin ki, nəyəsə görə kiminləsə yaşamaq məcburiyyətindəsiniz. Həmişə düşünün ki, yanınızdakı olmasa, yaşamaq mümkünsüz olar. Rikardo məndən çox böyükdür. Mənim
kaprizlərimə dözür.

İkinci uşaq haqqında düşünürsünüzmü?

- Bu sualı çox adam verir. Amma hələ ki, yox. Bütün vaxtımı özümə, oğluma sərf etmək istəyirəm.

Rusiyada ev almaq fikriniz yoxdur?

- Əslində, yaxşı fikirdir. Onsuz da tez-tez gedirəm ora. Evim olsa, oteldə qalmaram. Düşünürəm bu barədə.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR