Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə dəhşət: 12 qız diri-diri yandı

Türkiyədə dəhşət: 12 qız diri-diri yandı

Date: 30 November 2016 01:09

Türkiyənin Adana əyalətinin Aladağ rayonunda şagird yataqxanasında yanğın nəticəsində 11-i qız olmaqla, 12 nəfər ölüb.

 

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, ölənlərdən biri internatın işçisi, 11 nəfəri isə 10-14 yaşlarında olan məktəbli qızlardır.  

 

Məlumata görə, hadisə nəticəsində 22 nəfər üçmərtəbəli binadan təxliyə edilərək xəstəxanaya yerləşdirilib.

 

Adana valisi Mahmut Dəmirtaşən sözlərinə görə, xəstəxanalara yerləşdirilən şəxslərdə şüşə qırıntılarından alınmış xəsarətlər və tüstüdən zəhərlənmə qeydə alınıb.

 

İlkin məlumata görə, yanğına səbəb elektrik xətdə baş vermiş qısaqapanma olub.  






Tags:  Türkiyədə dəhşət 12 qız diri-diri yandı


RƏYLƏR


Top news