Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukrayna Qara dəniz üzərində uçuşlar üçün yeni qadağan olunmuş zonalar müəyyən edib

Ukrayna Qara dəniz üzərində uçuşlar üçün yeni qadağan olunmuş zonalar müəyyən edib

Date: 30 November 2016 01:17

Bakı. 30 noyabr. REPORT.AZ/ Ukrayna Qara dəniz üzərində uçuşların həyata keçirilməsi üçün yeni təhlükəli zonaları müəyyən edən yeni aviasiya informasiya xəbərdarlığı dərc edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyi (RHNA) məlumat yayıb.
"Yeni qadağan olunmuş zonalar Qara dənizin neytral suları və qismən Rusiyanın Krım yarımadasının cənub-qərb və cənub şərq istiqamətindəki Qara dəniz ərazi suları üzərindəki hava məkanında müəyyən edilib. Yeni təhlükəli zonaların müəyyən edilməsinin səbəbi məlum deyil", - deyə idarənin məlumatında bildirilir.
Eyni zamanda, RHNA Krım üzərində hava məkanını bağlamayacağını, yarımada üzərindən uçuşların heç bir təhlükə daşımadığını bəyan edib.


Tags:  Ukrayna Qara dəniz üzərində uçuşlar yeni qadağan olunmuş zonalar müəyyən edib

RƏYLƏR


Top news