Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin Adana vilayətinin Aladağ rayonunda yerləşən üçmərtəbəli özəl tələbə yataqxanasında yanğın baş verib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, yanğınan hansı səbəbdən baş verdiyi məlum deyil.
Yanğın baş verən ərazidə aparılan axtarış zamanı 12 nəfərin yanmış meyiti aşkar olunub. Daha 22 tələbə yanıq xəsarəti alıb.