Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə yataqxana yandı - 12 uşaq öldü - FOTO/VİDEO

Türkiyədə yataqxana yandı - 12 uşaq öldü - FOTO/VİDEO

Date: 30 November 2016 01:33

Türkiyənin Adana əyalətinin Aladağ rayonunda özəl məktəbə məxsus şagird yataqxanasında baş vermiş yanğın nəticəsində 11-i qız olmaqla, 12 nəfər ölüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərdən biri internatın işçisi, 11 nəfəri isə 10-14 yaşlarında olan məktəbli qızlardır.

Məlumata görə, hadisə nəticəsində 22 nəfər üçmərtəbəli binadan təxliyə edilərək xəstəxanaya yerləşdirilib.

Adana valisi Mahmut Dəmirtaşın sözlərinə görə, xəstəxanalara yerləşdirilən şəxslərdə şüşə qırıntılarından alınmış xəsarətlər və tüstüdən zəhərlənmə qeydə alınıb.

İlkin məlumata görə, yanğına səbəb elektrik xətdə baş vermiş qısaqapanma olub.






Tags:  Türkiyədə yataqxana yandı 12 uşaq öldü FOTOVİDEO

RƏYLƏR


Top news