Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Siqareti olmadığı üçün döyüb, 40 manatını aldılar - VİDEO

Siqareti olmadığı üçün döyüb, 40 manatını aldılar - VİDEO

Date: 30 November 2016 02:38

Səbail rayonunda quldurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, rayonun Badamdar qəsəbəsi ərazisində iki nəfər naməlum şəxs 34 yaşlı Müşviq Ağayevə yaxınlaşaraq ondan siqaret istəyiblər.

Müşviq Ağayev siqaretinin olmadığını deyəndə həmin şəxslərdən biri onu döyməyə başlayıb və cibində olan 40 manatını götürərək ərazidən uzaqlaşıblar. Sınıq xəsarətləri alan Müşviq Ağayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə məlumat verilib.

Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.


Tags:  Siqareti olmadığı döyüb 40 manatını aldılar VİDEO

RƏYLƏR


Top news