Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lavrov: “Minskdəki görüşdə irəliləyiş olmadı”

Lavrov: “Minskdəki görüşdə irəliləyiş olmadı”

Date: 30 November 2016 03:18

Minskdə Donbasdakı böhranın nizamlanması ilə bağlı “Normand dördlüyü” formatında (Rusiya, Almaniya, FransaUkrayna) nazirlər səviyyəsində keçirilən görüşdə heç bir irəliləyiş əldə olunmayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Heç bir irəliləyişə nail olunmayıb. Lakin, liderlərin 19 oktyabr tarixli razılaşmalarının şübhə altına alınmaması artıq müsbət bir haldır. Bu, həmçinin, Minsk sazişlərinə və ötən ilin oktyabrında Parisdə qəbul olunan qərarlara da aiddir”, - deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, XİN rəhbərləri nazirliklər səviyyəsində və Donbas üzrə təmas qrupu çərçivəsində işin davam endirilməsinə dair razılığa gəliblər.


Tags:  Lavrov Minskdəki görüşdə irəliləyiş olmadı


RƏYLƏR


Top news